Yanğın söndürüldü
Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində 15-40 radələrində söndürülüb. Yanğın zamanı 0,5 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb.
12 Aprel 2018 10:12 SosialŞahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayında baş vermiş yanğın Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və kənd sakinlərinin birgə səyləri nəticəsində 15-40 radələrində söndürülüb.
Yanğın zamanı 0,5 hektar ərazidə quru ot örtüyü və xəzəl yanıb.
Yanğının hansı səbəblərdən baş verməsi məqsədilə araşdırma aparılır.
Qeyd edək ki, Quba rayonunun Təngəaltı kəndinin yaxınlığında, bələdiyəyə məxsus örüş otlaq sahəsində yanğın hadisəsi baş vermiş və sonra yanğın genişlənərək Şahdağ Milli Parkının Quba bölməsinin Rustov meşəbəyliyinin 5 saylı dolayına keçmişdi.