Kann festivalı İran filmi ilə açılacaq
71-ci Kann festivalı İran rejissoru Əsgər Fərhadinin “Hamı bilir” filmi ilə açılacaq. Film mayın 8-də “Lümyerlərin teatrı”nda nümayiş olunacaq. İspaniya, Fransa və İtaliyanın birgə istehsalı olan filmdə baş rollarda Penelopa Krus və Xavyer Bardem oynayır.
12 Aprel 2018 09:08 Dünya71-ci Kann festivalı İran rejissoru Əsgər Fərhadinin "Hamı bilir" filmi ilə açılacaq.
Film mayın 8-də "Lümyerlərin teatrı"nda nümayiş olunacaq. İspaniya, Fransa və İtaliyanın birgə istehsalı olan filmdə baş rollarda Penelopa Krus və Xavyer Bardem oynayır.
"Hamı bilir" filmi argentinalı ailədən bəhs edir. Onlar Buenos-Ayresdən Penelopanın personajının vətəni olan kiçik ispan şəhərinə yollanırlar. Səfər bir çox sirlərin üstünü açan gözlənilməz hadisələrlə müşayiət olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31