Ən aktiv və passiv seçki dairəsi məlum oldu

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə (səsvermə başlayan andan-saat 08:00-dan başa çatanadək-saat 19:00-dək) ən aktiv və passiv seçki dairəsinin adı açıqlanıb. Seçicilərin aktiv olduğu seçki dairəsi Şərur-Sədərək seçki dairəsidir. Bu seçki dairəsidə 38 min 713 nəfərdən 32 min 132 nəfəri (83%) səsvermədə iştirak edib.

Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə (səsvermə başlayan andan-saat 08:00-dan başa çatanadək-saat 19:00-dək) ən aktiv və passiv seçki dairəsinin adı açıqlanıb.

Seçicilərin aktiv olduğu seçki dairəsi Şərur-Sədərək seçki dairəsidir. Bu seçki dairəsidə 38 min 713 nəfərdən 32 min 132 nəfəri (83%) səsvermədə iştirak edib.

Passiv seçki dairəsi isə 17 saylı Yasamal 3-cü seçki dairəsidir. Burada qeydiyyatda olan 40068 seçicidən 24 646 nəfəri (61.51%) səsvermədə iştirak edib.

A24.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31