Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə başa çatdı

Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşıb. Seçkinin gedişatı barədə məlumatlar gün ərzində mütəmadi olaraq Mərkəzi SeçkiKomissiyasına göndərilib. Səfirlikdən Olaylar.az - a bildirilib ki, ABŞ-ın şərq ştatlarında daimi və müvəqqəti yaşayan, xidməti ezamiyyətdə olan, habelə Səfirliyin və Azərbaycanın Nyu-Yorkdakı BMT yanında daimi nümayəndəliyinin əməkdaşları və ailə üzvləri, bu ölkədə təhsil alan və Vaşinqtona qısa müddətli səfər edən Azərbaycan Respublikası vətəndaşları səsvermə prosesində fəal iştirak ediblər. Konsulluq qeydiyyatında olan vətəndaşların71.1% səsvermədə iştirak edib.

Azərbaycanın ABŞ-dakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin 31 saylı seçki məntəqəsində səsvermə yerli vaxtla saat 19:00-da yekunlaşıb. Seçkinin gedişatı barədə məlumatlar gün ərzində mütəmadi olaraq Mərkəzi SeçkiKomissiyasına göndərilib.

Səfirlikdən Olaylar.az - a bildirilib ki, ABŞ-ın şərq ştatlarında daimi və müvəqqəti yaşayan, xidməti ezamiyyətdə olan, habelə Səfirliyin və Azərbaycanın Nyu-Yorkdakı BMT yanında daimi nümayəndəliyinin əməkdaşları və ailə üzvləri, bu ölkədə təhsil alan və Vaşinqtona qısa müddətli səfər edən Azərbaycan Respublikası vətəndaşları səsvermə prosesində fəal iştirak ediblər. Konsulluq qeydiyyatında olan vətəndaşların71.1% səsvermədə iştirak edib.

Seçkilərin nəticələrinə görə, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyindəki seçki məntəqəsində seçicilərin 89.21% Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin lehinə səs vermişdir.

Seçkiprosesi Seçki Məcəlləsinə və bu sahədəki digər qanunvericilik aktlarına uyğun keçirilib. Səsvermə zamanı heç bir qanun pozuntusu qeydə alınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31