Gündəm

Sahib Alıyev: "ATƏT müşahidəçiləri Azərbaycana xüsusi sifarişlə gəlmişdilər"

13 Aprel 2018 14:50

“Birinci dəfə deyil ki, biz həmin qurumun bu cür adekvatlıqdan uzaq və ziddiyyətli yanaşmasıyla üzləşirik”. Bu sözləri  millət vəkili Sahib Alıyev deyib.

Üç ayda ölkəyə 3506 ədəd avtomobil gətirilib

13 Aprel 2018 14:48

2018-ci ilin yanvar-mart aylarında Azərbaycana idxal olunan avtomobillərin sayı 3506 ədəd olub. Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, ölkəyə gətirilən avtomobillərin 19 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 3158 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 316 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 13 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.

Əcnəbi qadını qarət edən tutuldu

13 Aprel 2018 14:47

Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi” Xidmətinə Nəsimi rayonu ərazisində əcnəbi vətəndaşın soyğunçuluğa məruz qalması barədə müraciət daxil olub. DİN-dən “Olaylar”a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əcnəbi qadın gecə saatlarında H.Aslanov küçəsində naməlum şəxsin ona zor tətbiq edərək pulqabısını və mobil telefonunu almağa cəhd göstərdiyini, lakin müqavimət göstərdiyindən onun aradan çıxdığını, sonradan isə boynundakı medalyonun qırılaraq aparıldığını aşkar etdiyini bildirib.

Sənaye məhsulu istehsalı artıb

13 Aprel 2018 14:44

2018-ci ilin yanvar-mart aylarında 11,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,0 faiz çox sənaye məhsulu istehsal edilib. Dövlət Statistika Komitəsindən verilən xəbərə görə, məhsul istehsalı sənayenin qeyri-neft sektorunda 9,9 faiz, neft sektorunda 0,9 faiz artıb.

Anti-Azərbaycan qüvvələrin hazırladıqları plan baş tutmadı

13 Aprel 2018 14:44

Azərbaycanda keçirilən prezident seçkisinin beynəlxalq standartlara uyğun olması heç kimdə şübhə doğurmur. Hətta seçkini izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilər etiraf edirlər ki, 11 aprel prezident seçkisi bir sıra inkişaf etmiş ölkələrdə tətbiq edilə biləcək seçki yenilikləri ilə müşayət olunub. Bəzi beynəlxalq müşahidəçilər Azərbaycanda ilk dəfə gördükləri seçki texnologiyalarının öz ölkəlrində tətbiqinin arzusunda olduqlarını bəyan ediblər.

Torpaq üstündə dava 1 nəfərin ölümü, 7-nin yaralanması ilə nəticələndi

13 Aprel 2018 14:43

Yardımlı rayonu Bürzünbül kəndində qohumlar arasında torpaq sahəsi üstündə yaranan mübahisə davaya çevrilib. Hadisə şahidlərinin verdiyi xəbərə görə, torpaq mübahisəsi edən şəxslər qonşu olmaqla yanaşı dayoğlu-bibioğlu olublar. Nuru ilə Bəyzadə arasında mübahisə sonda əlbəyaxa davaya çevrilib.

ATƏT çərçivəsində ciddi islahatlar aparılmalıdır

13 Aprel 2018 14:39

ATƏT-in Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və Avropa Şurası Parlament Assambleyasının müşahidə missiyalarının Azərbaycanda keçirilən prezident seçkisi ilə bağlı rəyləri ölkə ictimaiyyətinin ciddi etirazına səbəb olub. Hesab olunur ki, sözügedən qurumların birgə hazırladıqları hesabat qərəzli olmaqla yanaşı, Azərbaycan xalqının iradəsinə ziddir.

Qürbət ellərdəki vətənsizin  son arzusu

13 Aprel 2018 14:29

Vətən nədi? Vətən səni qoynuna alıb nəfəsini içinə çəkən ana kimi əziz və doğma olan torpaqdı, məmləkətdi. Vətən səndən üz  çevirməyən diyardı. Vətən vətənsizliyin həsrətini çəkənlər üçün  cazibə qüvvəsidir. Vətənsiz insan yad sularda üzüb, ancaq böyüməyən balıq kimidi. Ayağını basdığın torpağın məhrəmliyini canında hiss edirsənsə demək ki, vətəndəsən, ana qoynundasan, nəfəsini  ciyərinə çəkən insanın ürəyinin başındasan.

Rusiya məhkəməsi "Telegram"ın bloklanması haqqında qərar çıxarıb

13 Aprel 2018 14:26

Rusiya məhkəməsi "Telegram" messencerinin bloklanması haqqında qərar çıxarıb. Məlumata görə, paytaxtın Taqansk rayon Məhkəməsi "Roskomnadzor"un "Telegram"ın Rusiya ərazisində bloklanması ilə bağlı iddiasını təmin edib. Messencerin fəaliyyətinə bir şərtlə icazə verilə bilər ki, onun şifrələrinin "açarları" Federal Təhlükəsizlik Xidmətinə təqdim olunsun.

Külək güclənəcək, meteohəssas insanlarda narahatlıq yaranacaq

13 Aprel 2018 14:24

Bakıda və Abşeron yarımadasında aprelin 14-də buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. 

Moskvadan Ankaranı pərt edəcək AÇIQLAMA: “S-400 kompleksləri...”

13 Aprel 2018 14:21

Rusiya S-400 zenit-raket komplekslərini Türkiyəyə 2019-cu ilin sonuna doğru göndərəcək. Bu haqda Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bildirib.

Muzdla çalışan işçilərin sayı açıqlanıb

13 Aprel 2018 14:17

Bu il martın 1-nə olan vəziyyətə görə, Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1516,5 min nəfər olub. Dövlət Statistika Komitəsindən “Olaylar”a verilən məlumata görə, onlardan 887,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 628,6 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Həzmə kömək edir, arıqladır, öskürəyi kəsir... –  Qabığı özündən şəfalı meyvə

13 Aprel 2018 14:16

Ananas çox ləzzətli və faydalı meyvədir. Vitamin və mineral mənbəyi olaraq ən sağlıqlı meyvələr arasında yer alan ananasın yararları sadəcə meyvəsində deyil, qabığında da çox miqdarda var. Ailem.az ananas qabığında olan heyrətamiz faydalar barədə məlumat verir.

Polis seçki günü bülletenlərinin üzərində “Diktator” yazan şəxsləri tapdı –  Bəziləri axtarışdadı!

13 Aprel 2018 14:14

Aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirildi. Məlum olduğu kimi, seçkilərdə MSK tərəfindən 8 nəfərin prezidentliyə namizədliyi qeydə alınmış və onların adları bülletenlərə daxil edilmişdi.

Lətifə Xatirəyə söz atdı: "Yerli kanallara baxmır, amma verilişlərə çıxır"

13 Aprel 2018 14:13

Müğənni Lətifə Soyuöz Xatirə İslama söz atıb. Məlumata görə, sənətçi “Show time” verilişində məşhurların yerli kanalları izləmədiyini deməsini qınayıb: “Sevmirəm, çıxıb deyirlər ki, bizim kanallara baxmıram. Amma hamısından da xəbərləri var. Yerli kanallara baxmır, amma verilişlərə çıxır. Mən hər şeyə baxıram və kimin nə etdiyni izləyirəm.