Gündəm

Ermənistanda 3 nəfər minaya düşüb

13 Aprel 2018 15:33

Ermənistanın Tavuş vilayətində 3 nəfər minaya düşüb. Məlumata gör, hadisə dünən günorta saatlarında Ayqepar kəndində baş verib.

Xaçmazda ambulans xəstə yerinə görün nə daşıyır

13 Aprel 2018 15:30

Xaçmaz rayonunda təcili tibbi yardım maşını yük daşınmada istifadə olunur. Fotodan da göründüyü kimi 90-JM-902 dövlət nömrəli ambulansda taxta daşınır. Məsələni dəqiqləşdirmək üçün Təcili tibbi yarıdımla əlaqə salamağa çalışasaq da, sualımıza cavab tapmadıq. Qarşı tərəfin fikirini yayımlamağa hazırıq.

Həftəsonu Musiqili Teatrda

13 Aprel 2018 15:20

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşaların nümayişi gözlənilir. Qurumun mətbuat xidmətindən Olaylar.az-a bildirilib ki, bu gün saat 19:00-da "Mən dəyərəm min cavana” (F.Sücəddinov, T.Vəliyeva), 14 aprel saat 19:00-da "Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), 15 aprel saat 19:00-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında) tamaşaları təqdim ediləcək.

Qız üçün Göyçaydan Ağdama getdi, gizlicə yataq otağına girdi və çılpaq halda... - AĞLASIĞMAZ OLAY

13 Aprel 2018 15:19

Göyçay rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən 1991-ci il təvəllüdlü Sərxan Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Bakıda dolların satışı dayandırıldı? – Bankların cavabı

13 Aprel 2018 15:18

Paytaxt Bakıda yerləşən banklarda dolların satışının dayandırılması ilə bağlı məlumatlar yayılıb. Sakinlər 2 gündür ki, banklardan dollar əldə edə bilmədiklərini deyiblər. Mərkəzi Bankdan bildirilib ki, dolların satışının dayandırılması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bank əməkdaşı dolların satışında heç bir problemin olmadığını, satışın davam etdiyini deyib. "Kapital Bank”ın mətbuat xidmətinin əməkdaşı Rüstəm Məmmədov da dolların satışı ilə bağlı hər hansı problemin olmadığını bildirib. Onun sözlərinə görə, "Kapital Bank”ın bütün filiallarında hazırda dolların satışı həyata keçirilir.

Lavrov: "Suriyada macəradan qaçmaq lazımdır"

13 Aprel 2018 15:15

"Ultimatum və təhdidlərSuriyada dialoqa kömək etmir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Rusiya ümid edir ki, heç kimSuriyada Liviya ya İraqdakı ssenarinin təkrarlanmasına cəsarət etməz. Bu macəradan qaçmaq vacibdir.

Elxan Ələsgərov: "ABŞ Rusiyadan “İsgəndər” raketlərinin alınmasına görə Ermənistana qarşı sanksiyalar tətbiq edəcək"

13 Aprel 2018 15:11

ABŞ Prezidenti Donald Tramp ötən ilin avqustunda Rusiya, İran və Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi barədə qanun imzaladı. Bu qanuna əsasən, Rusiyanın hərbi-sənaye kompleksinin müştərilərinə qarşı iri müqavilələrin imzalanacağı təqdirdə sanksiyalar tətbiq olunacaq.

Aşıq Ədalət yaradıcılığına həsr olunmuş konsert

13 Aprel 2018 15:07

 Beynəlxalq Muğam Mərkəzində Mərkəzin möhtəşəm  “Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində  “Yaddaşlardan silinməz Aşıq Ədalət” adlı ədəbi-musiqili konsert keçirilib.Tədbir Azərbaycan aşıq musiqisi məktəbinin görkəmli nümayəndəsi,Əməkdar incəsənət xadimi aşıq Ədalətin həyat və yaradıcılığına həsr olunub.

Dövlət Əmək Müfəttişliyi Xidməti ölkəmizin cənub zonasında seminar-müşavirələr təşkil edib

13 Aprel 2018 15:03

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, əmək qanunvericiliyi və onun tətbiqinə dair təbliğat-marifləndirmə məqsədilə Lənkəran və Masallı rayonlarında seminar-müşavirələr təşkil edib.

"FORPOST" olmağımızı istəyənlər: Yaxid YAD DİLlərin AZƏRBAYCANcaya tərcüməçiləri...

13 Aprel 2018 15:04

Prezident seçkiləri başa çatdı və Azərbaycan seçimini etdi. “2 aylıq kampaniya uğurla aparıldı” desək, yanılmarıq. Namizədlər seçici ilə işlədi, həm virtual, həm də canlı görüşlər maraqlı idi. Hətta yeniliklərin şahidi olduğumuzu da demək mümkündür. Maraqlı diskussiyalar, çağırışlar və bəzən də kütləyə ünvanlanmış müraciətlər eşidildi.

Gecikdirilmiş sosial xarakterli ödənişlərin işçilərə ödənilməsi təmin edilib

13 Aprel 2018 14:59

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə daxil olan vətəndaş müraciətlərinin bir qismində ayrı-ayrı işəgötürənlər tərəfindən əmək haqlarından, zərərə görə ödənclərdən və s. ibarət sosial xarakterli ödənişlərin işçilərə ödənilməsinin gecikdirildiyi ifadə olunub.