Aşıq Ədalət yaradıcılığına həsr olunmuş konsert
Beynəlxalq Muğam Mərkəzində Mərkəzin möhtəşəm “Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində “Yaddaşlardan silinməz Aşıq Ədalət” adlı ədəbi-musiqili konsert keçirilib.Tədbir Azərbaycan aşıq musiqisi məktəbinin görkəmli nümayəndəsi,Əməkdar incəsənət xadimi aşıq Ədalətin həyat və yaradıcılığına həsr olunub.
13 Aprel 2018 15:07 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində Mərkəzin möhtəşəm "Aşıq musiqisi axşamları" layihəsi çərçivəsində "Yaddaşlardan silinməz Aşıq Ədalət" adlı ədəbi-musiqili konsert keçirilib.Tədbir Azərbaycan aşıq musiqisi məktəbinin görkəmli nümayəndəsi,Əməkdar incəsənət xadimi aşıq Ədalətin həyat və yaradıcılığına həsr olunub.
Konsert proqramı çərçivəsində istedadlı aşıqlar Ramin Qarayev,Şəhriyar Şahverdiyev,Rafiq Göyçəli,Roman Azaflı,Sahib İsmiyev,Elvin Axundov,Zülfiyyə İbadova,Avdı Musayev,Azər Məhərrəmov,Şaiq İncəli,Şəhriyar Kərimli,Elməddin Məmmədli məşhur aşıq mahnılarını səsləndiriblər.
Konsertdə həmçinin Əməkdar mədəniyyət işçisi, folklorşünas Elxan Məmmədli çıxış edərək, dədə Ədalətin Azərbaycan aşıq yaradıcılığı mühitindəki tutduğu yerindən, saz-söz sənətindən söhbət açıb.
Tədbirin ssenari müəllifi Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Aşıqlar Birliyinin katibi Sənubər Bağırovadır. Gecənin aparıcısı şairə-publisist Çiçək Mahmudqızı idi.
Beynəlxalq Muğam Mərkəzinin həyata keçirdiyi bu layihənin əsas məqsədi aşıq musiqisinin-qədim Azərbaycan musiqi irsinin geniş ictimaiyyət arasında təbliğidir.
Qeyd edək ki,2009-cu ildə aşıq musiqisi sənəti YUNESKO-nun qeyri-maddi irs reprezentativ siyahısına daxil edilmişdir.
Layihə Azərbaycan Aşiqlar Birliyinin dəstəyi ilə reallaşdırılır."Yaddaşlardan silinməz Aşıq Ədalət" gecəsi də layihənin digər tədbirləri kimi aşıq musiqisi həvəskarları tərəfindən böyük diqqətlə və rəğbətlə qarşılandı.
göstəricilərindəndir. Aşıq musiqisi xalqımızın qəhrəmanlıq və azadlıq mübarizəsi tarixini vəsf edir,məhəbbət,sevgi hisslərini aşılayır.