Lavrov: "Suriyada macəradan qaçmaq lazımdır"
"Ultimatum və təhdidlərSuriyada dialoqa kömək etmir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Rusiya ümid edir ki, heç kimSuriyada Liviya ya İraqdakı ssenarinin təkrarlanmasına cəsarət etməz. Bu macəradan qaçmaq vacibdir.
13 Aprel 2018 15:15 Dünya"Ultimatum və təhdidlərSuriyada dialoqa kömək etmir". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. "Rusiya ümid edir ki, heç kimSuriyada Liviya ya İraqdakı ssenarinin təkrarlanmasına cəsarət etməz. Bu macəradan qaçmaq vacibdir. Ən kiçik bir yanlış Avropaya və bir çox ölkələrə yeni miqrant axınına səbəb olacaq ki, bu, nə bizə, nə də bizim Avropadakı qonşularımıza lazımdır", -deyə Lavrov söyləyib. S. Lavrov qeyd edib ki, ABŞ-la əməkdaşlıq üçün bütün kanallar açıqdır. Apa.az RİA "Novosti" agentliyinə istinadən xəbər verir.