Gündəm

Türkiyədən 324 qanunsuz miqrant deportasiya edildi

13 Aprel 2018 15:55

Türkiyənin qərb əyaləti İzmirdən Əfqanıstandan olan 324 qanunsuz miqrant deportasiya olunub. Yerli mətbuatın yazdığına görə, deportasiya olunanlar arasında qadınlar və uşaqlar da var.

Neftin sıçrayışı dolların bahalaşmasını dayandırır

13 Aprel 2018 15:53

ABŞ-ın ötən həftə Rusiyaya qarşı tətbiq etdiyi sərt sanksiyalarından sonra bu ölkənin maliyyə bazarlarında yaranmış çaxnaşma neftin dünya bazarında qiymətlərinin kəskin sıçrayışı sayəsində səngiyib. Virtualaz.org xəbər verir ki, Moskva banklararası birjasında bu gün keçirilən hərraclarda rubl ötən günlər ərzində itirdiyi mövqeləri cüzi də olsa bərpa edib. Hazırda 1 ABŞ dollarının rəsmi məzənnəsi 62 rubldan bir qədər aşağıdır. Valyutadəyişmə məntəqələrində isə dollara tələbat hələ də yüksək olaraq qalır və məzənnə 64 rubl səviyyəsindədir. Avronun rəsmi məzənnəsi isə 78 rubl təşkil edir.

“Məhəmməd peyğəmbərin ruhu məndədir” – 63 yaşlı şəkili qadın

13 Aprel 2018 15:52

Şəkili qadın Məhəmməd peygəmbərin ruhunun bədəninə yerləşdiyini bəyan edir. Rayonun İncə kəndində yaşayan Ceyran adlı xanım peyğəmbərin əmri ilə addımlar atdığını deyir: “Məhəmməd peygəmbərin mübarək ruhu məndir. Onun əmrilə İslamı təbliğ edirəm. Çünki insanlar haqq yolundan uzaqlaşıblar. Sonuncu peyğəmbərimiz mənə missiya tapşırıb. Çətin də olsa mən bu missiyanı layiqli şəkildə yerinə yetirməyə çalışıram. Hər yerdə Qurandan ayələr oxuyuram, insanları düz yola dəvət edirəm”.

Müşfiq Ələsgərli: “ATƏT dediklərini isbat etmək üçün heç bir fakt göstərə bilmir"

13 Aprel 2018 15:50

“ATƏT və ATƏT PA-nın 12 aprel tarixdə yaydıqları bəyanat, prezident seçkisi ilə bağlı reallığı əks etdirmir. Onlar, seçki prosesində hansısa problemlərin olduğunu ümumi şəkildə bəyan etsələr də, dediklərini isbat etmək üçün heç bir fakt göstərə bilmirlər. Buna görə də çox acınacaqlı duruma düşürlər”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Bərdədə 6 otaqlı ev yanıb

13 Aprel 2018 15:45

Bərdə rayonunda vətəndaşa məxsus 6 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən “Olaylar”a verilən məlumata görə, nəticədə hər mərtəbəsi 210 m² olan ikimərtəbəli 6 otaqlı evin zirzəmisində taxta rəflər 34 m² sahədə yanıb. Yanğından zirzəminin qalan hissəsi və ev mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Daxili orqanında narkotik vasitə keçirmək istədi

13 Aprel 2018 15:43

Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin Sərnişin şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.

Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək

13 Aprel 2018 15:42

Sərnişin qatarlarının hərəkət cədvəlində dəyişiklik ediləcək. “Azərbaycan Dəmir Yolları ” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki,  dəyişikliyə əsasən, 21 aprel 2018-ci ildən etibarən 369-370 nömrəli Bakı-Xarkov sərnişin qatarının marşrutu Kiyev stansiyasına kimi uzadılacaq. Həmin tarixdən etibarən yeni 369-370 nömrəli Bakı-Kiyev qatarı təyin edilir. Qatar Xarkov, Poltava, Mirqorod və Lubnı stansiyalarından keçəcəkdir.

Müəllim və valideynlərin müraciətləri dinlənilib

13 Aprel 2018 15:41

Aprelin 13-də paytaxtda müəllim və valideynlərin növbəti səyyar qəbulu keçirilib. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin rəhbərliyi və struktur bölmə əməkdaşlarının iştirak etdiyi səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə daha sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.

Naxçıvan-Məşhəd- Naxçıvan sürət qatarının hərəkət cədvəlində dəyişiklik ediləcək

13 Aprel 2018 15:40

Aprelin 15-dən 16/15 saylı Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkət cədvəlində və dövriyyəsində dəyişiklik ediləcək. “Azərbaycan Dəmir Yolları” QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən “OLAYLAR”-a bildirilib ki, qatar Naxçıvandan 15.04.2018-ci ildən etibarən həftənin VII günləri (bazar günləri) yola düşəcək,   Məşhəd stansiyasına 17.04.2018-ci ildən etibarən həftənin II günləri çatıb və geriyə 18.04.2018-ci il  tarixdən etibarən həftənin III günləri yola düşəcəkdir. Qatar Naxçıvana 19.04.2018-ci il  tarixdən etibarən həftənin IV günləri çatacaq.

Gəncə və Şəkinin su təchizatının yenidən qurulması istiqamətində görülən işlər müzakirə edilib

13 Aprel 2018 15:40

“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Almaniya KfW Bankının  nümayəndə heyəti ilə görüş keçirilib. “OLAYLAR”-a qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki,  “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Almaniyanın KfW Bankının ölkəmizdə həyata keçirilən infrastruktur layihələrində iştirak etdiyini xatırladaraq bankın su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması  layihələrində də iştirakını yüksək qiymətləndirib. Səhmdar Cəmiyyətin sədri “II Açıq Kommunal İnfrastruktur Proqramı” çərçivəsində görülmüş işlər barədə məlumat verərək bildirib ki, hazırda hər 2 şəhərdə  su və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlər qrafikə uyğun davam etdirilir.

Üç ayda 195-2 Çağrı Mərkəzinə 2500-dən çox müraciət daxil olub

13 Aprel 2018 15:37

2018-ci ilin yanvar-mart aylarında İqtisadiyyat Nazirliyinin195-2 Çağrı Mərkəzinə 2500-dən çox müraciət daxil olub. Nazirlikdən “Olaylar”a bildirilib ki, bu müraciətlərin 2 minə yaxını canlı rejimdə birbaşa, digər hissəsi isə səsli menyu vasitəsilə cavablandırılıb. Ümumilikdə isə, fəaliyyətə başladığı 2009-cu ildən indiyədək Çağrı Mərkəzinə 75 mindən çox müraciət daxil olub.

Bakıda Azərbaycan-İran-Rusiya üçtərəfli görüş keçiriləcək

13 Aprel 2018 15:36

Azərbaycan Respublikası energetika nazirinin müavini Natiq Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub. Energetika Nazirliyindən “Olaylar”a bildirilib ki, İran İslam Respublikasının Energetika Nazirliyində keçirilən görüşdə iki ölkə arasında elektrik enerjisinin alqı-satqısının təmin olunması, Azərbaycan-İran- Rusiya enerji sistemlərinin birgə fəaliyyətinin tənzimlənməsi və üçüncü ölkəyə elektrik enerjisinin tranziti məsələləri müzakirə edilib.