Müşfiq Ələsgərli: “ATƏT dediklərini isbat etmək üçün heç bir fakt göstərə bilmir"

“ATƏT və ATƏT PA-nın 12 aprel tarixdə yaydıqları bəyanat, prezident seçkisi ilə bağlı reallığı əks etdirmir. Onlar, seçki prosesində hansısa problemlərin olduğunu ümumi şəkildə bəyan etsələr də, dediklərini isbat etmək üçün heç bir fakt göstərə bilmirlər. Buna görə də çox acınacaqlı duruma düşürlər”. Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

"ATƏT və ATƏT PA-nın 12 aprel tarixdə yaydıqları bəyanat, prezident seçkisi ilə bağlı reallığı əks etdirmir. Onlar, seçki prosesində hansısa problemlərin olduğunu ümumi şəkildə bəyan etsələr də, dediklərini isbat etmək üçün heç bir fakt göstərə bilmirlər. Buna görə də çox acınacaqlı duruma düşürlər". Bunu Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib.

Onun sözlərinə görə, digər tərəfdən, dünən mətbuat konfransında ATƏT adından elan edilən bəyanatla, ATƏT-ə üzv olan ayrı-ayrı dövlətlərin müşahidəçilərinin səsləndirdikləri bəyanatlar arasında kəskin şəkildə fərqlilik var: "Belə ki, ATƏT-ə üzv ölkələrin müşahidəçiləri, məsələn, Fransa, Avstriya və sair, elan edirlər ki, seçki çox yüksək formada baş tutub. Hətta Avstriya nümayəndəsi deyir ki, kaş onların da ölkəsində seçkilər bu tipdə keçirilsin. Amma ATƏT adına danışan 3 nəfər adam fərqli fikir səsləndirir. Sual yaranır: ATƏT özü bu dövlətlərdən ibarət deyilmi? Əgər üzv dövlətlər belə düşünürlərsə, onda ATƏT kimin fikrini ifadə edir?! Niyə üzv dövlətlər normaldır deyirlər, ATƏT isə qeyri-normal deyir? Bütün bunlar ATƏT müşahidə missiyası adından çıxış edən 3 nəfərin obyektivliyini və legitimliyini şübhə altına alır. Məsələ ondadır ki, həmin 3 nəfər təmsilçi Azərbaycan media təmsilçilərinin suallarını da cavablandıra bilmədilər. Mətbuat konfransı keçirdiklərini bəyan etsələr də, suallar yarananda "vaxtımız bitir" deyib cavablardan yayınmağa üstünlük verdilər. Bu da media təmsilçilərində haqlı narazılıq yaratdı. Bir sözlə, ATƏT adından elan edilən ilkin bəyanat çox qərəzli və şübhəlidir. Həmin qərəzi sübut etmək çoxlu faktlar var, bu faktların bir qismi media səhifələrində açıqlanıb. Görək onlar nə cavab verəcəklər". Sia.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31