Anti-Azərbaycan qüvvələrin hazırladıqları plan baş tutmadı

Azərbaycanda keçirilən prezident seçkisinin beynəlxalq standartlara uyğun olması heç kimdə şübhə doğurmur. Hətta seçkini izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilər etiraf edirlər ki, 11 aprel prezident seçkisi bir sıra inkişaf etmiş ölkələrdə tətbiq edilə biləcək seçki yenilikləri ilə müşayət olunub. Bəzi beynəlxalq müşahidəçilər Azərbaycanda ilk dəfə gördükləri seçki texnologiyalarının öz ölkəlrində tətbiqinin arzusunda olduqlarını bəyan ediblər.

Qərəzli rəy əslində siyasi maraqların ifadəsi idi

Azərbaycanda keçirilən prezident seçkisinin beynəlxalq standartlara uyğun olması heç kimdə şübhə doğurmur. Hətta seçkini izləyən çoxsaylı beynəlxalq və yerli müşahidəçilər etiraf edirlər ki, 11 aprel prezident seçkisi bir sıra inkişaf etmiş ölkələrdə tətbiq edilə biləcək seçki yenilikləri ilə müşayət olunub. Bəzi beynəlxalq müşahidəçilər Azərbaycanda ilk dəfə gördükləri seçki texnologiyalarının öz ölkəlrində tətbiqinin arzusunda olduqlarını bəyan ediblər. Etiraf edilməlidir ki, sözügedən yeniliklər təbii ki, seçkilərin şəffaf və ədalətli şəkildə keçirilməsinin təmini məqsədilə tətbiq edilib. Hüquqi prosedur baxımından namizədlər üçün bərabər rəqabət mühitinin yaradılması, mətbuatda təşviqat məqsədilə onlara bərabər imkanların verilməsi təmin edilib, şəffaflığın bərqərar olması baxımından isə seçicilərin barmaqlarına mürəkkəb vurulması, seçki məntəqələrində kameraların quraşdırılması tətbiq edilib. Etiraf edək ki, Avropanın bir sıra inkişaf etmiş ölkələrində şəffaflığın təmin edilməsi məqsədilə bu qədər yeniliklər tətbiq edilmir. Belə bir şəraitdə məqsədli şəkildə balans gözlənilmədən yeni seçki texnologiyalarını kənara qoyaraq xırda nöqsanları şişirdərək qanun pozuntusu kimi bəyan etmək təbii ki, ədalətsizliyin və qərəzli münasibətin təzahürü kimi qiymətləndirilməlidir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası (PA) və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidə missiyaları Azərbaycanda keçirilən prezident seçkisində apardıqları müşahidələrə dair ilkin rəyində əksini tapmış müddəalar məhz belə bir fikir söyləməyə əsas verir.
İlkin rəydə əksini tapmış müddəaların bir-biri ilə ziddiyyət təşkil etməsi qiymətləndirmənin qərəzli şəkildə hazırlandığına dəlalət edir. Hesabatın ilk cümləsində qeyd edilir ki, "seçkilər fundamental hüquq və azadlıqları məhdudlaşdıran qanunlar çərçivəsində baş vermişdir". Əvvala xatırladaq ki, sözügedən qurumların özləri dəfələrlə bəyan ediblər ki, Azərbaycanda ardıcıl hüquqi islahatlar aparılır və qüvvədə olan qanunvericilik beynəlxalq standartlara uyğundur. Nəzərə almaq lazımdır ki, ölkəmiz qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hər üç təşkilatla əməkdaşlıq edir. Digər tərəfdən, xatırladaq ki, hər bir ölkə seçkiləri qüvvədə olan qanunvericilk çərçivəsində keçirir, o cümlədən Azərbaycan. Belə halda seçkiləri şübhə altına alaraq qanunsuz elan edilməsi nə dərəcədə reallığı əks etdirir?
Ziddiyyətli məqamlardan biri ondan ibarətdir ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri Corien Yonker qeyd edib ki, təmsil etdiyi qurum seçkiləri xüsusi texnologoya ilə müşahidə edərək nəticə çıxarır. ATƏT-in qısamüddətli müşahidə missiyasının koordinatoru və rəhbəri Nilza de Sena isə bildirib ki, əldə etdiyi məlumatlar əsasında Azərbaycanda keçirilən prezident seçkisinin mənzərəsini yaradıb. Xanım Nilza de Sena həmin məlumatlar müxtəlif mənbələrdən, o cümlədən müxalifət nümayəndələri və mətbuatından aldığını da etiraf edib. Deməli, belə məlum olur ki, sözügedən qurumların ilkin rəyi subyekriv mülahizələr əsasında hazırlanıb.
Müşahidə missiyası hesab edir ki, Azərbaycanda "prezident seçkisi Yeni Azərbaycan Partiyasının (YAP) dominantlığı şəraitində keçib, digər manizədlər prezidenti tənqid etməkdən çəkiniblər". Əcaba, əgər YAP-ın 710 min üzvü varsa, bu göstərici seçicilərin mütləq əksəriyyətini ehtiva edirsə, digər siyasi partiyalar üçün "seçki şousu" yaratmaq heç kimə lazım deyildi və bu da baş vermədi. O ki, qaldı "digər manizədlər prezidenti tənqid etməkdən çəkinib" məsələsinə, deyəsən artıq "xoruzun quyruğu görsənir". Deyəsən, Azərbaycanı istəməyən dairələrin arzusu ürəində qalıb, anti-Azərbaycan qüvvələrinin hazırladıqları "seçki inqlabı" layihəsi fiaskoya uğrayıb. Başa düşmək olmur ki, nə vaxtdan namizədin rəqibini tənqid etməsi plüralizmin göstəricisi hesab olunur? Namizəd təşviqat kampaniyası aparmaqda sərbəstdir, heç kim onları məcbur edə bilməz ki, bu istiqamətdəki fəaliyyətini tənqid və təhqir üzərində qursun. Əgər namizəd sivil qaydada öz proqram və platformasını ictimaiyyətə aşıqlayırsa, tənqidə yaxud təhqirə nə ehtiyac var? Onsuz da həmin proqramda fərqli planlar əksini tapıb ki, bu da iqtidara alternativ yanaşmanın göstəricisidir. Namizədin siyasi, iqtisadi, hərbi, ümüumiyyətlə daxili və xarici siyasətlə bağlı fərli proqram ortaya qoyması elə onun rəqibinin yürütdüyü siyasəti tənqid etmək deməkdir. Mütləqdir ki, ölkənin idarəçiliyinə fərqli yanaşma tənqidlə ifadə olunsun? Namizd mütləq rəqibini tənqid və təhqir etməlidir ki, seçki demokratik hesab olunsun? Demənli, sözügedən təşkilatı əlində alətə çevirən güc mərkəzlərinin ölkəmizlə bağlı hazırladıqları planın baş tutmaması, seçkilərin şəffaf və demokratik şəraitdə başa çatması, ən əsası isə vətəndaş qarşıdurmasının baş verməməsi belə bir qərəzli rəyin ortaya çıxmasına səbəb olub.
Millət vəkili Azər Badamov qeyd edib ki, müşahidə missiyasının hazırladığı rəy əslində prezident seçkisini qiymətləndirmə yox, siyasi maraqların ifadəsi idi: "Bununla da müşahidə missiyası mandatından kənra çıxaraq siyasi motivlərə əsaslanan rəy hazırlayıb. Seçki məsələləri qalıb bir tərəfdə, Azərbaycanın insan hüquqları ilə bağlı götürdüyü öhdəliklər qabardılır. Reallıqda isə bu məsələnin prezident seçkiləri ilə bağlı hazırlanan hesabata heç bir aidiyyatı yoxdur. Sadalanan "qanun pozuntularının" isə seçkinin nəticələrinə təsir imkanı sıfıra bərabərdir. Qərbyönümlü beynəlxalq təşkilatların Azərbaycana ikili standartlarla yanaşması və bundan sonra da belə olacağı məlum məsələdir". Onun sözlərinə görə, bunun da kökündə bir neçə məsələ dayanır: "Birincisi ondan ibarətdir ki, biz müsəlman ölkəsiyik və müsəlman ölkəsi olmağımıza baxmayaraq bir çox qərb ölkələrdən qabaq müstəqilliyimiz və dövlətimiz olub. Həm də Avropaya insan hüququ və azadlıqların carçıları adlandırdığı ölkələrdən qabaq biz qadınların hüquq və azadlıqlarını tanımışıq və qadınlara cəmiyyətə inteqrasiya olunmaq, seçib və seçilmək hüququnu təmin etmişik. İkincisi isə bu gün biz sabit, demokratik, güclü və müstəqil Azərbaycan respublikasını qura bilmişik. Azərbaycan dövləti və Konstitusiyası vətəndaşların hüquqlarını qoruyur və vətəndaşlarına seçib -seçilmək imkanları yaradıb. Yüksək standartlara uyğun seçki institutu formalaşdırmışıq. Hətta qeyd etmək istəyirəm ki, Azərbaycandakı şəffaf və azad seçki heç ATƏT DTİHB, ATƏT PA, AŞPA kimi qurumlarını təmsil edən ölkələrdə belə yoxdur. Bizə qarşı qısqanclığın təməlində də bunlar dayanır. Onlar fikirləşirlər ki, necə ola bilər ki, müsəlman ölkəsi olan Azərbaycanda hər şey Avropadan yaxşı təşkil olunur. Qərb öyrəşib ki, müsəlman ölkələrində qeyri-stabillik olsun, müharibələr yaşansın və ölkəmizin milli sərvətlərini ərəb ölkələrində olduğu kimi talanıb aparılsın. Azərbaycana gələndə isə görürlər ki, burada xalq dövlət siyasətini dəstəkləyir, öz liderin yanında birləşib, ağılı -savadı yerindədir və yad ünsürlərin ölkəmizə gəlməsinə imkan vermir, demokratik seçki keçirir və dövlət də xalqın fikirinə hörmətlə yanaşır. Ona görə də qeyd etdiyiniz təşkilatlar müəyyən dairələrdən sifarişlər alır, seçki azad-şəffaf keçirməyimizə baxmayaraq müşahidələri əsasında fikir formalaşdırmır və gələndə özləri ilə gətirilmiş hazır şablon bəyanatla çıxış edir. Onlar bir dəfəlik bilməlidirlər və bundan sonra da biləcəklər ki, onların açıqladığı sərsəm rəy xalqımızın fikrini dəyişmir. Hamı bilir ki, onların açıqladığı fikirlər məqsədlidir və bizim üçün bir kağız parçasından artıq bir şey deyil. Azərbaycan dövləti üçün əsas xalqın seçimidir. Biz seçkini kimlərinsə xoşuna gəlmək üçün keçirməmişik. Biz seçkini keçirmişik ki, xalqın seçimini öyrənək. Xalqımız da ağıllı və gələcəyi görən xalqdır və ona görə də səslərini Azərbaycanın möhkəm gələcəyinə verdilər. Seçkilər haqqında qısqanclıqla şablon fikirlər söyləyənlər də görüblər ki, onların fikirləri Azərbaycan xalqı üçün heç bir əhəmiyyət daşımır. Düşünürəm ki, gələcək seçkilərdə onlar bundan nəticə çıxardarlar və reallığı qiymətləndirməklə düzgün mövre tutmağı öyrənərlər".

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31