Rusiya məhkəməsi "Telegram"ın bloklanması haqqında qərar çıxarıb

Rusiya məhkəməsi "Telegram" messencerinin bloklanması haqqında qərar çıxarıb. Məlumata görə, paytaxtın Taqansk rayon Məhkəməsi "Roskomnadzor"un "Telegram"ın Rusiya ərazisində bloklanması ilə bağlı iddiasını təmin edib. Messencerin fəaliyyətinə bir şərtlə icazə verilə bilər ki, onun şifrələrinin "açarları" Federal Təhlükəsizlik Xidmətinə təqdim olunsun.

"Telegram"ın vəkilləri məhkəmə iclasına gəlməyib. Vəkillər messencerin yaradıcısı Pavel Durovun onların məhkəmədə iştirakına qadağa qoyduğunu bildiriblər.  "Roskomnadzor" və Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri bildiriblər ki, "Telegram"ın şfrə açarlarını xüsusi xidmət orqanlarına təqdim etməməsi dövlətin və cəmiyyətin maraqlarına təhlükədir, terrorçuların isə xeyrinədir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31