Moskvadan Ankaranı pərt edəcək AÇIQLAMA: “S-400 kompleksləri...”

Rusiya S-400 zenit-raket komplekslərini Türkiyəyə 2019-cu ilin sonuna doğru göndərəcək. Bu haqda Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bildirib.

Rusiya S-400 zenit-raket komplekslərini Türkiyəyə 2019-cu ilin sonuna doğru göndərəcək. Bu haqda Rusiya prezidentinin hərbi-texniki əməkdaşlıq üzrə köməkçisi Vladimir Kojin bildirib.

O, bununla da S-400-lərin Türkiyəyə çatdırılacağı tarixlə bağlı Ankaranın bəyanatını təsdiq etməyib. Türkiyə müdafiə sənayesi müstəşarı İsmail Dəmir zenit-raket sistemlərinin Türkiyəyə 2019-cu ilin iyul ayına kimi çatdırılacağını bildirmişdi.

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentiləri - Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan aprelin 3-də Ankarada keçirilən Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının toplantısında S-400-lərin Türkiyəyə daha tez çatdırılması mövzusunda razılığa gəliblər. Ümumi dəyəri 2,5 milyard avro olan 4 diviziya "S-400" kompleksinin 2020-ci ilin martında təhvil verilməsi planlaşdırılırdı.

ABŞ-da isə hesab edirlər ki, Türkiyənin Rusiyadan S-400 kompleksləri almasını "Amerikanın düşmənlərinə sanksiyalar vasitəsilə müqavimət haqqında" (CAATSA) qanununun pozuntudur. Vaşinqton bu qanun çərçivəsində Türkiyəyə qarşı sanksiyaların tətbiqini istisna etmirlər. Publika.az "İnterfaks" agentliyinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31