Gündəm

ABŞ-dan XAİN PLAN - Üç ölkə Türkiyə ilə SAVAŞA GÖNDƏRİLİR

18 Aprel 2018 11:27

ABŞ hökuməti Suriyada işğal altında saxladığı Fərat çayının şərqindəki bölgədə BƏƏ və Səudiyyə Ərəbistanının maddi dəstək verəcəyi bir ordu yerləşdirmək niyyətindədir. Plana görə, Misir ordusu da bu orduya dəstək verəcək.

Eks-əri aparıcı Vüsaləyə cavab verib, SƏRT SÖZLƏR İŞLƏTDİ: “İt hürər...”

18 Aprel 2018 11:25

“Bir neçə gün öncə bir şəkil paylaşdım, hansı ki, internetdə o şəkildən doludur! Keçmiş mənim üçün keçmişdir, basdırmışam! Amma bunu çoxları yenə fırlatdı keçmiş həyatıma, indi onlara cavab verim. Yadınızda qalsın ki, keçmiş hər zaman keçmişdir! İnsan gərək keçmişdə kim və nəçi olduğunu unutmasın!”

Tramp kəşfiyyat şefini gizli səfərə göndərdi – DETALLAR

18 Aprel 2018 11:22

ABŞ-ın dövlət katibi postuna namizəd və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Maykl Pompeo aprelin əvvəlində Şimali Koreya lideri Kim Çen Inla görüşmək üçün Koreya Xalq Demokratik Respublikasına (KXDR) gizli səfər edib.

Ermənistan ordusu Qarabağda itki verdi

18 Aprel 2018 11:20

Ermənistan ordusu işğal altında saxladığı Azərbaycan ərazilərində növbəti itki verib. Aprelin 17-də Dağlıq Qarabağda erməni hərbçi Ruslan Manukyan (1998-ci il təvəllüdlü) minanın partlaması nəticəsində ölüb.

Arizona ştatının qanunverici orqanında Azərbaycana dair geniş təqdimat

18 Aprel 2018 10:30

ABŞ-ın Arizona ştatının qanunverici orqanının tarixi binasında (Arizona State Capitol) Azərbaycanın müasir inkişafına, xüsusilə ölkəmizdə mövcud olan dinlərarası tolerantlıq, harmoniya və multikulturalizm ənənələrinə dair geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Arizona Ştat Senatı və Nümayəndələr Palatasının üzvləri, xarici ölkələrin baş və fəxri konsulları, müxtəlif dini icmaların rəhbərləri və tanınmış din xadimləri iştirak ediblər.

Məşhur futbolçu həbs oluna bilər

18 Aprel 2018 09:41

İngiltərənin "Mançester Yunayted" klubunun sabiq futbolçusu Darron Gibson həbs oluna bilər. Buna səbəb 31 yaşlı futbolçunun avtomobili sərxoş vəziyyətdə idarə edərək dayanacaqda dayanmış maşını vurmasıdır.

Xanımı "Şirin"ə bahalı hədiyyə alıb

18 Aprel 2018 09:38

“Bozbash Picture”in Şirini, aktyor Nicat Rəhimovun doğum günüdür. Aktyor 32 yaşını qeyd edir. Nicat özəl gününü iş başında keçirdiyini deyib:

Alişan nişanlısı üçün hamam bağlatdıracaq

18 Aprel 2018 09:36

Müğənni Alişan mayın 6-da nikah masasına oturacaq aktrisa Buse Erolla xına gecəsini bu ayın 21-də keçirəcək. Bunun üçün ifaçı Çeşmə hamamı bağlatdıracaq. 

Rusiyada Ulu Öndər Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfrans

18 Aprel 2018 09:34

Azərbaycan Dillər Universiteti  Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir. Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.

"Tunarla nişanlananda 18 yaşım var idi" - Çiçək

18 Aprel 2018 09:32

Aparıcı Şəhla Vakkas keçmiş nişanlısı, müğənni Tunar Rəhmanoğludan danışıb. Çiçək ləqəbi ilə tanınan aparıcı “Hər şey daxil” verilişində deyib ki, son günlər adının Tunarla yanaşı yazılmasına əsəbiləşir: “Tunarla ayrılmağımızdan 17 il keçib. Biz Tunarla nişanlı olanda mənim 18 yaşım var idi. 7 aydan artıq nişanlı qalmadıq, ayrıldıq. Günel (bacısı, müğənni Günel Zeynalova – red.)  verilişimə gələndə tanış olmuşduq. Tunarın mənə olan sevgisinə “Məcnun sevgisi” deyilirdi. Ailə həyatı qurdum, 9 yaşında oğlum var. Tunarın indiyə qədər evlənməməsi ən çox mənim anamı üzürdü. 

“Facebook” bu ölkədə bağlana bilər

18 Aprel 2018 09:29

"Roskomnadzor” 2018-ci ilin sonuna qədər “Facebook” şirkətinə dair yoxlama aparacaq. Bunu jurnalistlərə qurumun rəhbəri Aleksandr Jarov deyib. Onun sözlərinə görə, “Facebook” şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.

Münsiflər heyətinin tərkibi açıqlandı -  Üçüncü Buktreyler Festivalında

18 Aprel 2018 09:26

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı III Buktreyler Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb. Münsiflər heyətinə Xalq Yazıçısı Çingiz Abdullayev, Xalq Artisti Oqtay Mirqasımov, Əməkdar Mədəniyyət İşçisi Yusif Şeyxov, Əməkdar artistlər Mehriban Zəki, Murad Dadaşov daxildir. Artıq münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayacaq. Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndiriləcək. Sonda isə Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.

Marsın teleskopun kəşfindən min illər öncə çəkilmiş xəritəsi: Sirr - FOTO

18 Aprel 2018 09:24

Tarixi İsgəndəriyyə kitabxanası yanan zaman burada saxlanılan əlyazmaların böyük əskəriyyəti itmişdi. Uzun müddətdən sonra araşdırmaçılar həmin əlyazmaların bəzilərini aşkar etdilər. Əlyazmalar Vatikan kitabxanasında, Tibet monastrlarında və digər yerlərdə tapılıb. Berlə yerlərdən biri də məşhur erməni kilsəsi olan Üçmüədzindir.

Səfirliklə  Ramsfeld Fondunun birgə tədbiri

18 Aprel 2018 09:22

Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində nüfuzlu Donald Ramsfeld Fondunun (Rumsfeld Foundation) Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustan ölkələri əhatə edən proqramı çərçivəsində sözügüdən dövlətlərin nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub. Səfirlikdən Olaylar.az -a bildirilib ki, tədbirdə diplomatik korpusun, eləcə də ABŞ Administrasiya rəsmiləri, Vaşinqtonun analitik mərkəzlərinin nümayəndələri, Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr ofisinin direktoru Alisia Allison, ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi və digərləri iştirak etmişdir.

"Erməni soyqırımı" abidəsi ucaldıldı - Almaniyada

18 Aprel 2018 09:13

Almaniyanın Köln şəhərində qondarma erməni soyqırımına abidə qoyulub. Abidə Stefan Kaiser və Max Scholz adlı iki alman tərəfindən ucaldılıb. Abidənin ləğv edilməsilə bağlı məhkəməyə müraciət edilsə də, hakim tikilinin qalmasına dair qərar qəbul edib. Bəzi deputatlar qanunsuz abidənin saxlanılması üçün məsələni parlamentin gündəliyinə çıxarıblar.