Gündəm
DMX: "Altı nəfər qanunsuz miqrant saxlanılıb"
Dövlət Miqrasiya Xidmətinin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 5 nəfər Pakistan İslam Respublikasının və 1 nəfər Türkiyə Respublikasının vətəndaşı olmaqla, ümumilikdə 6 əcnəbi saxlanılıb.
Etirazçılar Yerevanın mərkəzinə toplaşır
Müxalifətin keçirdiyi mitinqin iştirakçıları bu gün Yerevanın mərkəzinə, Fransa meydanına toplaşır. Məlumata görə, hazırda bu əraziyə təqribən 200-300 etirazçı cəmləşib. Onların arasında gənclər, tələbələr də var.
Muzeylərdə “Açıq qapı” günü
Aprelin 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edir.
Türkiyə PKK-nın 3 dayaq məntəqəsini məhv etdi
Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyatları davam etdirir. Türkiyə Baş Qərargahı əməliyyatın Zap rayonunda aparıldığı barədə məlumat yayıb. Məlumatda həmçinin o da qeyd edilir ki, əməliyyat çərçivəsində PKK-nın 3 dayaq məntəqəsi məhv edilib.
“Nar bağı” 17-ci “IMAGINEINDIA” Beynəlxalq Film Festivalında
“Nar bağı” bədii filmi İspaniyada keçirilən 17-ci “IMAGINEINDIA” Beynəlxalq Film Festivalının müsabiqə mərhələsinə dəvət alıb. “Azərbaycanfilm” kinostudiyası və “Buta film” kino şirkətinin birgə istehsalı olan film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilib.
Latın Amerikası Film Festivalı çərçivəsində film nümayişi – İlk dəfə
Azərbaycan Dillər Universitetində universitetin İspan dili mərkəzinin təşkilatçılığı ilə Azərbaycanda təşkil olunan ilk Latın Amerikası Film Festivalı çərçivəsində Kosta Rika istehsalı olan “Qayıdış” filmi nümayiş olunub. Film nümayişindən öncə çıxış edən ADU rektorunun məsləhətçisi Anar Osmanlı və Kosta Rikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xayro Fransisko Lopez Volanyos iki ölkə arasındakı əlaqələrdən danışıb və film festivalı haqqında fikirlərini söyləyiblər.
Arvadının şöbə müdiri ilə əlaqəsindən şübhələndi, izlədi və... - Ağdaşda DƏHŞƏTLİ OLAY
Ağdaş rayonunda qətl törətməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Pərviz İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Pərviz İsmayılov əvvəllər tanıdığı 1979-cu il təvəllüdlü Elçin Babayevin onun arvadı Günəş Hüseynova ilə Vatsapda yazışmalarından şübhələnib. O, arvadı ilə Elçin Babayevin münasibətlərinin olmasını bəhanə edərək, ikincini öldürmək qərarına gəlib.
BMT-nin Bakı ofisi azərbaycanlı jurnalistlər üçün təqaüd proqramı elan edir
BMT-nin İctimai İnformasiya Departamenti yaşı 22-dən 34-dək olan jurnalistlərdən Reham Al-Farra (RAF) təqaüd proqramına müraciətləri qəbul edir.
Avtomobili saxlatdırıb sürücünün qulağını kəsdilər - TƏFƏRRÜAT
Ötən gecə Lənkəranda 42 yaşlı kişinin qulağının kəsilməsi ilə nəticələnən hadisə barədə bəzi məqamlar üzə çıxıb. Hadisə Girdəni kəndindən keçən yolda qeydə alınıb.
Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq
“Qaradağ-Sumqayıt” magistral qaz kəmərinin 27-28-ci km-lər arasında dayaqlar üzərinə qaldırılması məqsədilə aparılan təmir işləri ilə əlaqədar, 18.04.2018-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşdırılanadək diametri 530 mm-lik “Qaradağ-Sumqayıt” magistral qaz kəmərindən qidalanan “Qobu”, “Müşviqabad”, “Pirəkeşkül”, “Ceyranbatan” Qaz Paylayıcı Stansiyalarından və “Aşağı Güzdək” Qaz Tənzimləyici Məntəqəsindən qaz təchizatı dayandırılacaq. “OLAYLAR” “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir ki, təmir müddətində Abşeron rayonunun Qobu, Müşfiqabad, Pirəkeşkül,Aşağı Güzdək yaşayış sahələrində,eləcə də Ceyranbatan və Saray qəsəbələrinin qaz təchizatında məhdudiyyət yaranacaq.
Düşmən 105 dəfə atəşkəsi pozub
“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 105 dəfə pozub.
“Koroğlu” stansiyası ətrafındakı sıxlıq aradan qaldırılır
Metronun “Koroğlu” stansiyasının şəhər mərkəzindən Hava limanı istiqamətindəki çıxışının (piramida formalı) qarşısında axşam saatlarında müşahidə edilən xaotik vəziyyətin, eləcə də tıxacın aradan qaldırılması ilə bağlı nəzərdə tutulan tədbilərin icrasına başlanılıb. Bakı Nəqliyyat Agentliyindən “OLAYLAR”-a bildirilib ki, hazırda yol kənarında məhəccərlərin quraşdırılmasına başlanılıb. Bu işlər yekunlaşdıqdan sonra avtobus dayanacaq məntəqəsi ləğv ediləcək. Bununla da həmin ərazidə nəqliyyatın hərəkətində fasiləsizliyin təşkil edilməsi, sıxlığın yaranmasının qarşısının alınması mümkün olacaq.
İlk milli superqəhrəmanlar - “Külək – Yel kürəsinin şahzadəsi”
Son dövrlərdə bütün dünyada olduğu kimi, Azərbaycanda da uşaq ədəbiyyatı mistik və fentezi janrına meyillənir. Bu ədəbiyyatda yeni obrazların yaranması deməkdir. Gənc yazıçı Xülya Cəfərovanın yeni çapdan çıxacaq ilk kitabı olan “Külək – Yel kürəsinin şahzadəsi” ilk milli superqəhrəmanlarla yadda qalacaq. Bu günlə mistik keçmişi birləşdirən hekayənin əsas qəhrəmanı sehrli qüvvəyə sahib olan Külək adlı balaca qızdır. Yel kürəsinin sakini və şahzadəsi olan Külək təsadüfən Yer kürəsinə səyahət edir və beləliklə öz planetini şər qüvvələrdən necə xilas edəcəyini öyrənir. Bu işdə ona xeyirxah dostları – özü kimi balaca əkiz bacılar kömək edirlər.
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 22 aprel 2018-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
Gənc mədəniyyət işçilərinin regional görüşü
Zərdab rayon Heydər Əliyev Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə gənc mədəniyyət işçilərinin növbəti regional görüşü keçirilmişdir. Tədbirdə Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının müxtəlif təyinatlı mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçiləri iştirak etmişdir. Xatırladaq ki, Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ qrupu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2016-ci ildə yaradılıb.














