Gənc mədəniyyət işçilərinin regional görüşü
Zərdab rayon Heydər Əliyev Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə gənc mədəniyyət işçilərinin növbəti regional görüşü keçirilmişdir. Tədbirdə Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının müxtəlif təyinatlı mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçiləri iştirak etmişdir. Xatırladaq ki, Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ qrupu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2016-ci ildə yaradılıb.
18 Aprel 2018 11:28 SosialZərdab rayon Heydər Əliyev Mərkəzində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təşkilatçılığı, Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsinin dəstəyi ilə gənc mədəniyyət işçilərinin növbəti regional görüşü keçirilmişdir.
Tədbirdə Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının müxtəlif təyinatlı mədəniyyət müəssisələrində çalışan gənc mədəniyyət işçiləri iştirak etmişdir. Xatırladaq ki, Gənc Mədəniyyət İşçilərinin Koordinasiya Kreativ qrupu Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2016-ci ildə yaradılıb.
Sözügedən qrup tərəfindən bir sıra müxtəlif təyinatlı layihələr icra olunub. Qrupun yaradılmasında əsas səbəb sahədə təşəbbüskarlıq mühitinin dəstəklənməsi və gənc mədəniyyət işçilərinin fəaliyyətinin stimullaşdırılmasından ibarətdir.
Tədbir əsasən birgə icra oluna biləcək layihələrin müzakirəsinə həsr olunub. Tədbir zamanı milli mədəniyyətin təbliğində müasir informasiya texnologiyalarından istifadə, müxtəlif müəssisələrdə çalışan əməkdaşların fəaliyyətinin koordinasiyası və əlavə gəlirlərin əldə etmə mexanizmləri müzakirə edilmişdir.
Bu mənada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev animatorluq fəaliyyətinin inkişaf etdirilməsinin vacib olduğunu qeyd etdi. Bu məqsədlə gənc mədəniyyət işçilərindən ibarət məlumat bazasının yaradılmasına dair qərar qəbul edildi.