Gündəm
Kişi özündən 40 yaş kiçik sevgilisi ilə cinsi əlaqəyə girən zaman iflic oldu - Video
69 yaşlı məşhur amerikan güləşçisi Jerry Lawler 29 yaşlı sevgilisi ilə cinsi əlaqədə olan zaman iflic keçirib. O, " Birdən-birə sevgilimə heç nə hiss etmədiyimi dedim, o da üzümə baxaraq Jerry, güzgüyə bax deyə qışqırdı. Güzgüyə baxanda ağzımın sağa doğru əyildiyini gördüm.”
Hərbi komissarlıq binası önündə İNTİHAR - Zabit özünü güllələdi
Türkiyənin İzmir şəhərinin Ödemiş qəsəbəsində FETÖ/PDY-yə qarşı əməliyyat zamanı saxlanılsa da, sərbəst buraxılan kapitan Fatih Uğur K. xidmət etdiyi Hərbi Komissarlıq binasının önündə özəl təhlükəsizlik xidməti işçisinin belindən tapançasını çıxardaraq özünü öldürüb.
Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir
Qazax-Cəfərli avtomobil yolunun yenidən qurulması yekunlaşmaq üzrədir. Avtomobil Yolları Dövlət Agentliyindən “OLAYLAR”-a bildirilib ki, 7 km uzunluğa malik Cəfərli avtomobil yolu qara örtüklü olmaqla III texniki dərəcəlidir. Avtomobil yolu uzun müddət əsaslı təmir olunmadan istismarda olduğundan qara qırmadaş örtük bəzi yerlərdə dağılmış, yolun hərəkət hissəsində qabarmalar, çökmələr və çoxlu sayda çalalar əmələ gəlmişdi. Məhz yolda uzun illər yaşanan bu problemi aradan qaldırmaq üçün Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz təmir-tikinti tədbirlərin icrasına başlanılıb.
Təhsil müəssisələrində “Oxu həftəsi” keçirilir
Aprelin 18-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi”nə start verilib. “OLAYLAR”-a Bakı Şəhəri üzrə Təhsil Idarəsindən bildirilib ki, “Oxu həftəsi”nin əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğindən ibarətdir.
Bakı rusiyalı turistlər üçün populyarlığına görə ilk üçlükdə yer aldı
Minsk, Astana və Bakı rusiyalı turistlərin MDB ölkələrinə yaz səyahətləri reytinqində liderlik edir. Bu barədə Rusiyanın “TurStat” agentliyinin hesabatına istinadən məlumat verir.
Türkiyə ilə İran yerli valyuta ilə ticarətə başlayır
İki ölkə arasında gəlinən razılığa görə Türkiyə ilə İran öz aralarında olan idxalat və ixracat əməliyyatlarını Türk lirəsi və İran realı ilə ödəyərək aparacaqlar. Maliyyə mübadiləsində nə ABŞ dolları, nə avro, yaxud üçüncü ölkə pul vahidindən istifadə edilməyəcək.
Gənç futbolçu döyüldü
Türkiyədə U-17 komandalarının qarşılaşdığı oyunun 85-ci dəqiqəsində heç də xoş olmayan maraqlı hadisə baş verib. Bilal Kılıç adlı gənç futbolçu, sırf qol vuraraq sevindiyi üçün kürəyindən yumruq zərbəsi alaraq huşunu itirib. Bununla kifayətlənməyən rəqib futbolçular, Bilal Kılıçı döyərək xəstəxanalıq edib. 6 gün müalicə alan gəncin ailəsi hadisə ilə bağlı şəxsləri məhkəməyə verib.
Şagirdlər ad günü tortundan zəhərləndi
Zonquldağın Eregli şəhərində dərs saatından sonra orta məktəbdə yoldaşlarının ad gününü qeyd edən 11 şagird yedikləri tortdan zəhərləniblər.Yaxındakı şirniyyat dükanından alınan tortu yeyən uşaqlarda ürəkbulantısı və qarınağrısı başlayıb.
Qədim Türk yurdu İRƏVANsız – 100 İL TÜRKİYƏDƏ!
Türkiyədə fəaliyyət göstərən “İstanbul Azərbaycan Kültür Evi”nin sədri Hikmet Elp ONN İnformasiya Agentliyi vasitəsi ilə Azərbaycan cəmiyyətinə çatdırır ki, “Düz 100 il gecikdiyimiz, indiyə qədər Türkiyədə bu mövzuda keçirilməyən çox vacib və böyük bir tarixi layihəyə başlayırıq. Qədimdən tarixi Türk yurdu olan Azərbaycanın bir parçası olmuş “İrəvan xanlığı” ilə bağlı İstanbulda Marmara Üniversteti ile birgə cari ilin aprel ayının 24-dən geniş miqyaslı tədbirlərə-konfranslara başlanılır.
Politoloq: “Sarkisyan cinayətkar rejimin ömürünü uzatmağa çalışır”
“6 gündür ki, Ermənistanda vəziyyət gərgin olaraq qalır. Serj Sarkisyana etiraz olaraq minlərlə etirazçı aksiyalarını davam etdirirlər. Ermənistanda konstitusiya dəyişikliyindən sonra ölkə parlament üsul idarəsinə keçdi”. Bunu politoloq Vasif Əfəndiyev deyib.
Yerevanda etirazçılar prezident iqamətgahını blokadaya alır
Yerevanda Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlər müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə sabiq prezident, indiki baş nazir iqamətgahına doğru yürüş ediblər. Məlumata görə, N.Paşinyan iqamətgahın qarşısına toplaşan etirazçıları binanı blokadaya almağı çağırıb.
Bir ilk - Ad əvəzinə "instaqram" hesabı
İtaliya A Seriyasında, doğma azarkeşləri qarşısında Cagliari klubunu qəbul edən İnter 4:0 hesabı ilə qələbə qazanıb.
Leverkusen-də "qol yağışı"
Almaniya kubokunda ilk yarımfinal oyunu keçirilib. Bavariya səfərdə Leverkusenin qapısından 6 top keçirərək inamlı qələbə qazanıb. Leverkusen isə doğma azarkeşləri qarşısında sadəcə 2 təsəlli qolu vura bilib.
Bakıda ata “Range Rover”lə 4 yaşlı oğlunu öldürdü...
Bakıda 4 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb. Paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində 1986-cı il təvəllüdlü Adil İsmayılov yaşadığı həyətdə idarə etdiyi “Range Rover” markalı maşını arxaya verən zaman 4 yaşlı oğlu Ayxanı vurub.
Prezident andiçmədən sonra ilk ora getdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də andiçmə mərasimindən sonra ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gəlib müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.



.jpg)










