Gündəm

Valideynlərin nəzərinə! Bu tarixlərdə peyvənd olunmayan uşaqlar üçün “İmmunlaşdırma həftəsi” keçiriləcək

18 Aprel 2018 13:25

Aprel ayının 23-29 -da Azərbaycanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi” keçiriləcək. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, bu, səhiyyə naziri Oqtay Şirəliyevin Azərbaycanda “İmmunlaşdırma həftəsi”nin keçirilməsi barədə” imzaladığı əmrdə öz əksini tapıb.

Qubada qəbiristanlıqda qətl törədilib

18 Aprel 2018 13:20

Qubada dəhşətli qətl hadisəsi törədilib. Bu barədə məlumat Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, aprelin 17-də Quba rayonunun Qırmızı Slaboda qəsəbəsində yerləşən qəbiristanlıqda qəsəbə sakini, əvvəllər məhkum olunmuş Mişi Miqirov həmyerlisi Şüşan Sumxayevanı döyüb.

İran yeni silahını təqdim etdi

18 Aprel 2018 13:11

İran özünün yeni hava hücumundan müdafiə sistemini təqdim edib. Sistem İranın ordu günü münasibətilə keçirilən hərbi paradda təqdim olunub. Yeni sistemə Kamin-2 adı verilib. Rəsmi Tehran bu sistemin aşağı hündürlükdə üçün pilotsuz uçuş aparatlarının məhvi üçün nəzərdə tutulduğunu açıqlayıb.

Əmək Nazirliyi 786 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib

18 Aprel 2018 13:10

İşçi qüvvəsinin əmək bazarının tələblərinə uyğunlaşdırılması tədbirlərinin davamı olaraq, bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 786 nəfər şəxsi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Şamaxıda sürüşmə zonasında - Son durum

18 Aprel 2018 13:06

Şamaxı rayonunda sürüşmə zonasında aktivlik hiss olunmur. Bu barədə açıqlamasında Şamaxı rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin böyük məsləhətçisi Dilguşə Məmmədova deyib.

Prezident hökumət üzvlərinin səlahiyyətlərini icra etməsi haqqında sərəncam imzalayıb

18 Aprel 2018 13:01

Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb. Məlumata görə,Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək Azərbaycan Respublikası Nazirlər Kabinetiüzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.

Nazirlər Kabineti istefaya gedib

18 Aprel 2018 12:59

Azərbaycan Nazirlər Kabineti bu gün istefa verib. Məlumata görə, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Yeni seçilmiş Azərbaycan Respublikasının Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinə istefa verir.

Rusiyada şagird sinif yoldaşlarını və müəllimini yaralayıb, məktəbi yandırmaq istəyib

18 Aprel 2018 12:57

Rusiya Federasiyası Başqırdıstan Respublikasının Sterlitamak şəhərində məktəblərdən birində insident baş verib. İstintaq Komitəsinin məlumatında deyilir ki, şəhərin 1 nömrəli məktəbdə adı açıqlanmayan 17 yaşlı yeniyetmə informatika kabinetinə girərək, qız şagirdi əlindən bıçaqla yaralayıb, sonra isə müəllimə hücum edib. Bunun ardınca o, yandırıcı mayeni kabinetə tökərək od vurub, daha sonra isə özünə bıçaqla xəsarətlər yetirib.

Rusiyada Facebook bağlana bilər

18 Aprel 2018 12:54

Roskomnadzor 2018-ci ilin sonuna qədər Facebook şirkətinə dair yoxlama aparacaq. Bunu jurnalistlərə qurumun rəhbəri Aleksandr Jarov deyib. Onun sözlərinə görə, Facebook şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.

Türkiyədə pulsuz oxumaq istəyən azərbaycanlı gənclər üçün inanılmaz FÜRSƏT - VİDEO

18 Aprel 2018 12:50

Türkiyənin nüfuzlu İstanbul Yeni Yüzyıl Universiteti təqaüdlə təhsil almaq istəyən azərbaycanlı gənclər üçün inanılmaz fürsət yaradır.

Əməkdar artist bu qadına hədiyyə göndərirmiş: “Əl çək, mən səni tanımıram” - VİDEO

18 Aprel 2018 12:48

ARB TV-nin "Səhər-Səhər” verlişinin növbəti qonağı əməkdar artist Yusif Mustafayev olub. Efirə qonaq olan keçmiş "İdeal” qrupunun rəhbəri Səbinə Rəcəbli, Yusif Mustafayevin onun evinə hədiyyələr göndərdiyini iddia edib: "Bəlkədə siz bilirsiniz ya bilmirsiniz, amma gələn hədiyyələr sizin adınızdan gəlib.

Bakı bir azdan toz-dumanına bürünəcək - XƏBƏRDARLIQ

18 Aprel 2018 12:45

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssislərinin apardığı monitorinqlərin nəticələrinə əsasən 18-19 aprel 2018-ci il tarixlərində ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olacağı gözlənilir.

Tolik yayılan videosu barədə danışdı: “Bunu yayan adamlar müxalifət yönümlü, Orduxanı dəstəkləyən adamlardır” – VİDEO

18 Aprel 2018 12:43

Tanınmış prodüser Tarix Əliyevin (Tolik) gizli çəkilmiş videosu yayılıb. Sosial şəbəkələrin gündəmini bir gecəyə zəbt edən videoda Tolik söyüş söyür, işçi heyətini təhqir edir. Üstəlik bu söyüşlər zamanı studiyada azyaşlı uşaqlar da var.

Çin Rusiya və daha 58 ölkə üçün viza rejimini ləğv etdi - SİYAHI

18 Aprel 2018 12:41

Çin hökuməti Xaynan adasına səfər edən rusiyalı turistlər üçün viza rejiminin ləğv edilməsi barədə qərar qəbul edib. İmzalanan sənədə əsasən, qərar 2018-ci il mayın 1-dən qüvvəyə minəcək və 59 ölkəyə şamil olunacaq.

Türkiyə Baş Qərargahı: 29 terrorçu zərərsizləşdirilib

18 Aprel 2018 12:40

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı son 5 ildə axtarışda olan 29 xüsusi təhlükəli PKK üzvünün məhv edildiyini açıqlayıb. Terrorçular ölkənin cənub vilayəti Hatayda Amanos dağında zərərsizləşdirilib. Məlumatda, həmçinin deyilir ki, məhv edilən terrorçular vaxtaşırı şərq vilayətlərində Türkiyə hərbi konvoyuna silahlı hücumlar təşkil edib.