Gündəm
İlham Əliyev: “Prezident seçkiləri Azərbaycan xalqının iradəsini əks etdirib”
“Mənə bu seçkilərdə göstərilən yüksək etimada görə doğma Azərbaycan xalqıma dərin təşəkkürümü bildirmək istəyirəm”. Məlumata görə, bunu bu gün prezident İlham ƏliyevMilli Məclisdə andiçmə mərasimində deyib. Dövlət başçısı bildirib ki, həmişə Azərbaycan xalqının dəstəyini hiss edib və hiss edir: “Bu dəstək mənə güc verir, mən bu dəstəyə arxalanıram. Xalqımızı əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəm”.
Fransada gürcü cinayətkar qruplaşmasının azərbaycanlı qadın üzvü saxlanılıb
Gürcüstanın Avropolla əməkdaşlığı sayəsində 16-17 aprel tarixlərində keçirilmiş “Caucase Normandie” adlı əməliyyat nəticəsində Fransa və Yunanıstanda gürcü cinayətkar qruplaşmasının 34 üzvü saxlanılıb. Saxlanılanlar arasında 4 gürcü “qanuni oğru” da var. Fransada transmilli cinayətkar qruplaşmanın 15 üzvü saxlanılıb ki, onların arasında 14 Gürcüstan və 1 Ermənistan vətəndaşı olub. Yunanıstanda isə 23 Gürcüstan vətəndaşı saxlanılıb. Onlar mənzil və mağazalardan soyğunçuluq etməklə yanaşı, oğurlanmış əşyaların satışı ilə məşğul olublar.
İranda helikopter qəzaya uğrayıb – Ölən və itkin düşənlər var
İranın neft şirkətinə aid bir helikopter Lavan adası yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində helikopterdə olan 2 nəfər həyatını itirib, 2 nəfər isə itkin düşüb. İtkin düşən şəxsin tapılması istiqamətində axtarışlar aparılır.
ABŞ-dan Türkiyəyə təhdid: Əgər keşiş qaytarılmasa...
Sərkisyanın evi mühasirəyə alındı: həbslər başladı - Canlı
Polis İrəvanın mərkəzində etirazçılara qarşı hərəkətə keçib.
Gözlər Prezidentdə: Yeni baş nazir kim olacaq?
Bu gün Milli Məclisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimi keçirildi. Azərbaycan Respublikası Konstitusiyasının 116-cı maddəsinə əsasən, prezident səlahiyyətlərinin icrasına başladığı üçün Nazirlər Kabineti tam tərkibdə istefa verdi.
Teatr müsabiqə elan edir
Azərbaycan Dövlət Musiqili Teatrı kollektivin simfonik orkestrində, xor və balet heyətində işləmək üçün müsabiqə elan edir. Müsabiqədə 20 yaşından yuxarı klassik musiqi ifaçıları, xor və balet artistləri iştirak edə bilərlər. Sənədlər Musiqili Teatrda qəbul edilir.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə xüsusi xidmət orqanları
Bu günlərdə 100 illiyini qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycana bir çox dəyərli miraslar qoyub gedib. AXC-nin hüquqi varisi sayılan müstəqil Azərbaycanın bu günkü hüquq-mühafizə, xüsusi sidmət orqanlarının yaşı da elə Cümhuriyyət dövrünə gedib çıxır. Araşdırmaçı Elşad Qoca deyir ki, AXC dövründə ölkənin xüsusi xidmət orqanlarının ilk fəaliyyəti Hərbi Nazirliklə bağlıdır.
Natəmiz binalar...
Azərbaycanda artan tikinti bumu ölkənin simasını tamamilə dəyişdirib. Demək olar ki, respublikanın bütün bölgələrində yeni, müasir binaların inşaa edilməsinin şahidi oluruq. Xüsusən, çoxmərtəbəli yaşayış binalarının tikintisi ölkəyə yeni görkəm verməklə yanaşı, vətəndaşların mənzil problemlərinin həllində də əhəmiyətli rol oynayıb. Məsələ orasındadır ki, çoxmərtəbəli yaşayış binalarının artımı özü ilə əlavə problemlər gətirib.
AXC dövlətlərarası münasibətlərdə yeni mərhələnin əsasını qoydu
Birinci Dünya müharibəsinin sonunda Böyük Britaniyanın Azərbaycana marağı müstəsna dərəcədə artmışdı. Bu, bir tərəfdən, Almaniya-Türkiyə blokunun Qafqaza meylinin güclənməsi, digər tərəfdən isə dünya neft istehsalının böyük bir hissəsinin Bakının payına düşməsi ilə bağlı idi. Müharibə ərəfəsində Rusiyada hasil edilən neftin 83 faizi Bakıda çıxarılırdı.
Tıxac problemini niyə həll etmək mümkün olmur?
Bakı şəhərində avtobusdan başqa bütün yerüstü ictimai nəqliyyat alternativlərinin düşüncəsiz formada sıradan çıxarılması və şəxsi minik maşınlarının kontrolsuz şəkildə artışı ona gətirib çıxarıb ki, yol infrastrukturuna nə qədər vəsait xərclənsə də, tıxac problemini həll etmək mümkün olmur.
Əmək müqaviləsinin bağlanmaması kimə sərfəlidir?
Ölkədə qeyri-məşğulluğun aradan qaldırılması məqsədilə müvafiq tədbirlər həyata keçirilməkdədir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 9 oktyabr sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbir planı”na uyğun olaraq normativ hüquqi aktların və habelə inzibatçılığın təkmilləşdirilməsi, nəzarət tədbirlərinin gücləndirilməsi, monitorinq və qiymətləndirmə sisteminin qurulması, məlumatlandırma və təbliğat işlərinin təşkili ilə bağlı tədbirlər həyata keçirilməkdədir.
“SAĞLAM TƏHSİL” sinifləri qurulur
XXI əsrdə təhsil alanların problemlərinin öyrənilməsi xüsusilə aktualdır. ABŞ, Avropa ölkələri, MDB və Azərbaycan alimlərinin araşdırmaları göstərir ki, hipodinamiya, səmərəsiz qidalanma, streslər və zərərli vərdişlər uşaq və gənclərin sağlamlığında ciddi problemlər yaradır. Dünya statistikasına əsasən, bu gün məktəb məzunlarının cəmi 2-15%-i yetkin həyata sağlam fərdlər kimi daxil olur. Bu ilin fevral ayından rəsmi fəaliyyətə başlayan Hədəf STEM Liseyi bəzi dövlət məktəblərində fəaliyyət göstərən, yetərincə uğurlu nəticələri olan “Sağlam Təhsil – Sağlam Millət” layihəsinə qoşulan ilk özəl liseydir.
Daşkənddə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi dostluq konserti ilə qeyd ediləcək
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi və Azərbaycanın Özbəkistandakı səfirliyinin dəstəyi ilə mayın 17-də paytaxtdakı “Türküstan” konsert salonunda böyük dostluq konserti keçiriləcək.
Türkiyənin səfiri qəflətən ölüb
Türkiyənin Benin Respublikasındakı səfiri Turqut Kural qəflətən dünyasını dəyişib. Məlumata görə, diplomatın ötən axşam infarktdan dünyasını dəyişdiyi bildirilir.














