Gündəm

Prezident: “Seçkilər zamanı çıxış edən antimilli qruplaşmaların yeri tarixin zibilxanasıdır”

18 Aprel 2018 14:23

"Seçkilər zamanı çıxış edən antimilli qruplaşmalar artıq marginallaşıb. Bu seçkilər bir daha göstərdi ki, onların Azərbaycanın siyasi səhnəsində yeri yoxdur".  Bunu prezident İlham Əliyev andiçmə mərasimində deyib. 

Azərbaycan prezidenti: “Seçki kampaniyası zamanı namizədlərin qaldırdıqları məsələlərə diqqətlə baxılacaq”

18 Aprel 2018 14:22

“Namizədlərin çıxışlarında kifayət qədər kəskin tənqidi fikirlər səslənib, mən bunu alqışlayıram, müsbət hal kimi qiymətləndirirəm” “Son 15 ildə Azərbaycanda siyasi mübarizə mədəniyyəti istiqamətində də müsbət meyllər müşahidə olunur”. Məlumata görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib.

Manatın taleyini nə gözləyir?

18 Aprel 2018 14:20

Qonşu ölkələrin, Türkiyə və Rusiyanın milli valyutalarının son günlər kəskin dərəcədə ucuzlaşması Azərbaycanda da belə bir mənfi tendensiyanın yaşanacağı təhlükəsi yaradıb. Əksəriyyət hesab edir ki, yaxın vaxtlarda Azərbaycan valyutası ABŞ dollarına nisbətən ucuzlaşacaq.

Xarici sərmayədə öncül ölkələr

18 Aprel 2018 14:19

2018-ci ilin yanvar-mart aylarında xarici müəssisə və təşkilatlar əsas kapitala 1 milyard 386,5 milyon manat vəsait yönəldib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, xarici kapitalın 82,2 faizi Böyük Britaniya, Türkiyə, İsveçrə, Malayziya, Çexiya, Yaponiya, ABŞ, Rusiya və İran sərmayədarlarına məxsus olub.

SOS! Aprel qəhrəmanı ağır durumda: “İndi də onun dar günüdür…” – REPORTAJ

18 Aprel 2018 14:18

Həyat yoldaşının telefonunda Azərin iki il əvvəl çəkilmiş şəkillərinə baxırıq. Sonuncu şəkil daha çox diqqətimi çəkir. Hərbi geyimdə bir əsgər əlindəki silahdan bərk-bərk yapışıb. Başının üstündə Azərbaycan bayrağı dalğalanır. Gözümü telefondan çəkib, yataqda ağrıdan qıvrılan Azərə baxıram. İki il əvvəl aprel döyüşlərində qəhrəmancasına döyüşən o əsgərdən əsər-əlamət qalmayıb. Üz-gözü şiş, silahdan yapışan o qolları iynədən dəlik-deşik… Başını tutub, ağrının təsirindən inildəyir…

Nobel mükafatlarında seksual basqı qalmaqalı – VİDEO

18 Aprel 2018 14:17

Nobel Ədəbiyyat mükafatlarının qaliblərini müəyyən edən İsveç Akademiyasının sədri Sara Danius istefa verib.

Üçüncü dünya müharibəsinin qarşısını alan şəxs – Hər şey ölümündən sonra ortaya çıxıb – FOTOLAR

18 Aprel 2018 14:15

Son günlərdə Suriya torpaqlarında iki nəhəng dövlətin kəllə-kəlləyə gəlməsi bütün dünyanı təşvişə salıb.

"Kommersant": Belarus Azərbaycana "Polonez” reaktiv atəş sistemləri göndərə bilər

18 Aprel 2018 14:11

2018-ci ildə Belarus Azərbaycana 10 ədəd “Polonez” reaktiv yaylım atəş sistemləri göndərə bilər.   2018-ci ilin sonuna kimi Belarus bu sahədə olan ilk ixrac müqaviləsini icra etmək niyyətindədir. Qəzetə bu barədə Belarus Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Mənbə bildirir ki, hüquqi sənədlər final mərhələsindədir, lakin sifarişçinin hansı ölkə olduğu açıqlanmayıb.

Dövlət Statistika Komitəsinin inzibati binası yenidən qurulacaq

18 Aprel 2018 14:09

Dövlət Statistika Komitəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması üzrə işlərin satın alınmasına dair kotirovka sorğusu elan edilib.

Prezident: “Demokratik inkişafla bağlı siyasətimiz milli maraqlarımızı təmin edir”

18 Aprel 2018 14:05

“Azərbaycanda ötən 15 il ərzində demokratik inkişaf çox sürətlə gedib. Azərbaycanda bütün azadlıqlar təmin edilib və demokratik inkişaf baxımından hesab edirəm ki, bu 15 il çox uğurlu illər olub”. Məlumata görə, bu sözləri prezident İlham Əliyevaprelin 18-də andiçmə mərasimində deyib.

Sevgilisini boğan 50 yaşlı kişi hakim qarşısında- ölüm işi

18 Aprel 2018 14:03

Sevgilisini amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən şəxs hakim qatşısına çıxarılıb. Bakı Ağır Cinayətlər Məhkəməsində sevgilisini ayağı ilə boğub öldürməkdə təqsirləndirilən 1968-ci il təvəllüdlü Fərhad Şaqaliyevin məhkəməsi başlayıb.