Gündəm
Respublika Narkoloji Mərkəzinin yeni binası mayın sonu-iyunun əvvəlində istifadəyə veriləcək - RƏSMİ
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin yeni tikilən binasının mayın sonu-iyunun əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur. Bu barədə cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib.
Bruselyoz xəstəliyinə qarşı mübarizə gücləndirilir
Aprelin 20-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətində Avropa İttifaqının dəstəyi ilə Azərbaycan, Fransa və Macarıstanın kənd təsərrüfatı nazirlikləri tərəfindən birgə həyata keçirilən "Azərbaycanda epidemioloji nəzarət sisteminin gücləndirilməsi istiqamətində Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) dəstək" tvinninq layihəsi çərçivəsində "Azərbaycanda bruselyoz xəstəliyinin qarşısının alınması və kökünün kəsilməsi strategiyasi" mövzusuna dair seminar keçiriləcək.
“Bu hallarda hamiləlik ağırlaşmış sayılır” – GİNEKOLOQ AÇIQLAYIR
Sağlam övlad sahibi olmaq hər bir ailənin arzusudur. Lakin qadınların hamiləliyi heç də həmişə sona qədər sağlam başa çatmır. Ailem.az hamiləlik zamanı ən çox rast gəlinən patologiyalar və onların səbəbləri haqqında Azərbaycan Tibb Universitetinin (ATU) I mamalıq ginekologiya kafedrasının assistenti Kəmalə Əliyeva ilə söhbətləşib.
İrəvandakı aksiyalara Kremldən ilk - Reaksiya
Kreml İrəvadakı situasiyanı diqqətlə izləyir və ümid edir ki, hadisələr qanun çərçivəsində davam edəcək. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
ABŞ Yunanıstanda nüvə silahı yerləşdirib – Şok
ABŞ Yunanıstanda nüvə silahı yerləşdirib. Bunu “Antenna” televiziyasına müsahibəsində Yunanıstan Kommunist Partiyasının lideri Dmitris Kutsumbas deyib.
Bakının İrəvan siyasəti: Sərkisyan elə bir etiraf etdi ki...
Bakı Ermənistan ictimaiyyətini düşünməyə məcbur edir və bu, gec-tez öz nəticəsini verəcək. Bu sözləri açıqlamasında Serj Sərkisyanın ötən gün Ermənistan parlamentindəki iqtisadi vəziyyətlə bağlı çıxışını şərh edən politoloq İlqar Vəlizadə deyib.
Ermənistan Dağlıq Qarabağ tənzimlənməsinin praktiki mərhələyə keçməsinə imkan verməyəcəksə,...
Ermənistanda seşki həyəcanı çoxdan bitsə də, lakin hələ də gündəmin əsas müzakirə mövzusu olaraq qalır. Xüsusilə, sabiq prezident Serj Sərkisyanın hakimiyyəti yenidən əldə saxlamaq üçün baş nazir postuna yiyələnməsi bu ölkədə ciddi etirazlarla qarşılanıb. Artıq bir neçə gündür ki, erməni cəmiyyəti Sərkisyanın hakimiyyəti zəbt etməsinə qarşı ayaqdadır və İrəvanda kütləvi aksiyalar keçirilir.
“Məni istəyən yoxdur” - İlahə ailə qurmamasından danışdı - VİDEO
Səmra hamamda çimərkən video çəkib paylaşdı - VİDEO
Keçmiş məhkumdan 1 kq heroin götürülüb
Qadını hədələyərək boyunbağısını alan saxlandı
Yevlax şəhər sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək aprelin 12-də və 13-də Seymur adlı şəxsin onun şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyərək 150 manat pulunu və qızıl boyunbağısını aldığını bildirib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən “Olaylar”a verilən məlumata görə, dərhal başlanan əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Bərdə rayon sakini Seymur Əzizov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırma aparılır.
“Vətənim Azərbaycan” şeir qiraəti müsabiqəsinin I mərhələsi başa çatdı
AMEA Mərkəzi Elmi Kitabxanasının, Azərbaycanda Atatürk Mərkəzinin təşkilati dəstəyi, “Müasir İnkişaf” İctimai Birliyinin, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı, Bakı şəhəri üzrə Təhsil İdarəsinin razılığı ilə Bakı şəhərindəki orta məktəb şagirdləri arasında keçirilən, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş vətən mövzusunda yazılmış şeirlərin qiraət müsabiqəsinin I mərhələsi başa çatıb.














