Gündəm

İlham Əliyev: “Növbəti illərdə vətəndaşlarımızın yaşayış səviyyəsi daha da artacaq”

18 Aprel 2018 15:59

"Növbəti illərdə çox ciddi islahatlar aparacağıq və əminəm ki, vətəndaşlarımızın yaşayış səviyyəsi daha da artacaq".  Bunu prezident İlham Əliyev andiçmə mərasimində deyib. 

Azərbaycan prezidenti: “Ermənistan rəhbərliyi başa düşmür ki, dağıtdıqları məscidləri qəlbimizdə yaşadırıq”

18 Aprel 2018 15:57

“Erməni vandallar, Ermənistan rəhbərliyi bizim tariximizə qarşı da soyqırımı törədib, məscidlərimizi dağıdıblar. Amma onlar başa düşmürlər ki, dağılmış məscidləri qəlbimizdə yaşadırıq”.

İlham Əliyev: “Dünya birliyinin əksəriyyəti bizi dəstəkləyir”

18 Aprel 2018 15:44

"Azərbaycan son 15 ildə beynəlxalq aləmdə çox böyük uğurlara imza atdı. Bizim dünyadakı mövqeyimiz möhkəmlənir". Bunu prezident İlham  Əliyev andiçmə mərasimində deyib. 

İkinci Yupiter aşkarlandı - Alimlərdən ŞOK AÇIQLAMA

18 Aprel 2018 15:40

Rusiyalı alimlər apardıqları uzunmüddətli tədqiqatların sonunda ikili ulduz sistemində ekzoplanet aşkarlayıblar.

Prezident İlham Əliyev: “Cocuq Mərcanlı qəsəbəsi dirçəliş rəmzimizə çevrilib”

18 Aprel 2018 15:36

“Bəzi hallarda bizi tənqid edirdilər ki, ordu quruculuğu ilə bağlı niyə bu qədər vəsait xərcləyirsiniz. Ancaq həyat göstərdi ki, biz düzgün siyasət aparmışıq”. Məlumata görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib.    

Dövlət başçısı: "Dünya birliyinə çatdırırıq ki, nəinki Qarabağ, indiki Ermənistan da Azərbaycanın tarixi torpağıdır"

18 Aprel 2018 15:35

"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağmünaqişəsinin həllində beynəlxalq təşkilatlar Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. Təkcə onu demək kifayətdir ki, son 15 ildə bir sıra mötəbər təşkilatlar tərəfindən münaqişə ilə bağlı  bizim təklifi qəbul edilərək, önəmli qətnamələr qəbul edilib. Bu qətnamələrdə göstərilib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır". Bunu dövlət başçısı İlham Əliyev andiçmə mərasimində deyib.

Eşşəkarıları təyyarədə sərnişinlərə hücum etdi

18 Aprel 2018 15:33

Rusiyada maraqlı insident yaşanıb, belə ki, Vnukovo hava limanında “Rossiya” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri təxliyə olunub.

İslam Əməkdaşlıq Təşkilatı konfransının sədrliyi Azərbaycana təhvil verilib

18 Aprel 2018 15:29

Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri gənclər və idman nazirləri konfransının IV sessiyası başlayıb. Konfrans öncəsi yüksək məmurların toplantısı keçirilib ki, burada Nazirlər Konfransının gündəliyinə daxil olan əsas qərar və qətnamələrlə bağlı ilkin razılaşma və konsensusun əldə olunması, qəbul olunacaq qətnamə layihələri üzrə müzakirələr aparılıb.

İcra başçıları da TƏLAŞDA - Yola salınan nazirlərin əyalətlərdəki adamları“VURULACAQ”  

18 Aprel 2018 15:27

Prezident İlham Əliyev bir neçə gün öncə qarşıdakı müddətdə struktur islahatlarının davamlı olacağını anons etdi. Bu gün isə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirilib. Məlumata görə, Konstitusiyada qeyd edilib ki, and içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti öz səlahiyyətlərinin icrasına başlamış sayılır. Azərbaycan Respublikasının yeni seçilən Prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün isə Nazirlər Kabineti istefa verir. Konstitusiya uyğun olaraq Nazirlər Kabineti artıq istefa vermiş  sayılır. 

Cəlilabadda “Bakcell”in yenilənmiş Satış və Müştəri Xidməti mərkəzi təqdim edildi

18 Aprel 2018 15:24

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell, təklif etdiyi xidmət və məhsullarını müştərilərə daha da yaxın etmək üçün ölkənin bütün regionları üzrə öz satış və xidmət mərkəzləri şəbəkəsini genişləndirməyə davam edir. Bu fəaliyyətin davamı olaraq Cəlilabadın mərkəzində, Qurtuluş küçəsi 70 ünvanında tam olaraq yenilənmiş diler mağazası və xidmət mərkəzi (BakcellİM) istifadəyə verilib.

Devid Kemeron: "Rusiya futbol üzrə dünya çempionatına ev sahibliyi hüququnu korrupsiya yolu ilə əldə edib"

18 Aprel 2018 15:12

Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron Rusiyanın 2018-ci il futbol üzrə dünya çempionatına ev sahibliyi hüququnu korrupsiya vasitəsilə qazandığını deyib. Bu barədə “The İndependent” qəzeti məlumat yayıb. İngiltərə çempionata ev sahibliyi etmək istəyən ölkələr sırasında olub. Lakin onun namizədliyi birinci mərhələdən keçməyib.

"Qız toyunda ana ağır olar, Mətanət isə..." - Elzadan sərt sözlər

18 Aprel 2018 15:10

Əməkdar artist Mətanət İsgəndərli həmkarı Elza Seyidcahanın ondan küsdüyünü demişdi. Açıqlamasında Elzanı qınayan Mətanət onun toydan küsüb getməsini düzgün hesab etməyib.

Məktəbdə zorlanan qadının əri Rusiyadan gəldi - ŞOK TƏFƏRRÜATLAR

18 Aprel 2018 15:08

Cəlilabad rayonunun Muğan kənd tam orta məktəbində baş verən zorlama hadisəsi ilə bağlı məktəbin direktoru danışıb. Direktor Aygün Məlikova hadisədən dünən xəbər tutduğunu deyib: “Hadisə ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsi araşdırma aparır. Mən bu barədə dünən xəbər tutdum.

Rəqsanənin yol polisləri ilə əlbəyaxa davasının görüntüsü: "Sənin ananın..." - VİDEO

18 Aprel 2018 15:05

Müğənni Rəqsanə İsmayılovanın arxiv görüntüləri yayılıb.  Rayonların birində lentə alınan görüntülərdə müğənninin YPX əməkdaşları ilə əlbəyaxa olduğu görüntülənib. İfaçı polislərə  "Sən Mahir ol, mən də Rəqsanə” deyə qışqırıb.  Müğənninin yanındakı şəxs də polisə hücum çəkib. Görüntülərin bir neçə il öncə çəkildiyi bildirilir. 

Mədəniyyət və Turizm Nazirliyi “Azərbaycan Xalq Cümhuriyyəti 100” loqotipi ilə bağlı açıqlama yayıb

18 Aprel 2018 15:04

Mədəniyyət və Turizm Nazirliyi“Azərbaycan Xalq Cümhuriyyəti100” loqotipi ilə bağlı açıqlama yayıb. Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov  açıqlamasında bildirib ki, loqotip Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müsabiqə nəticəsində ərsəyə gəlib və ilkin olaraq tədbirlərdə istifadə oluna bilər:  “Eyni zamanda bildiririk ki, hazırda loqotip üzərində iş davam etdirilir, bütün variantlar müvafiq qaydada təsdiqə veriləcək”.