Eşşəkarıları təyyarədə sərnişinlərə hücum etdi

Rusiyada maraqlı insident yaşanıb, belə ki, Vnukovo hava limanında “Rossiya” aviaşirkətinə məxsus təyyarənin sərnişinləri təxliyə olunub.

Rusiyada maraqlı insident yaşanıb, belə ki, Vnukovo hava limanında "Rossiya" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri təxliyə olunub. Məlumata görə, buna təyyarənin göyərtəsində eşşəkarılarının daşındığı konteynerin qapısının açılması səbəb olub. Nəticədə 10-a yaxın eşşəkarısı konteynerdən çıxıb.

Bildirilir ki, bu həşəratlar insan həyatına təhlükə törətməsə də, sərnişinlər təxliyə olunub və ehtiyat təyyarə ilə yola salınıb. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31