Azərbaycan prezidenti: “Ermənistan rəhbərliyi başa düşmür ki, dağıtdıqları məscidləri qəlbimizdə yaşadırıq”
“Erməni vandallar, Ermənistan rəhbərliyi bizim tariximizə qarşı da soyqırımı törədib, məscidlərimizi dağıdıblar. Amma onlar başa düşmürlər ki, dağılmış məscidləri qəlbimizdə yaşadırıq”.
18 Aprel 2018 15:57 Siyasət"Erməni vandallar, Ermənistan rəhbərliyi bizim tariximizə qarşı da soyqırımı törədib, məscidlərimizi dağıdıblar. Amma onlar başa düşmürlər ki, dağılmış məscidləri qəlbimizdə yaşadırıq".
Məlumata görə, bunu bu gün prezident İlham ƏliyevMilli Məclisdə andiçmə mərasimində deyib.
Dövlət başçısı bildirib ki, dağıdılmış məscidləri qəlbimizdə ucaltmışıq: "Torpaqlarımız işğaldan azad ediləndən sonra erməni vandalları tərəfindən dağıdılmış Şuşa məscidinin oxşarını Cocuq Mərcanlıda tikdik. Bu gün o torpaqlarda insanlarımız ibadət edə bilərlər. Bu, bir daha onu göstərir ki, biz heç vaxt işğalla barışmayacağıq". Apa.az