Gündəm
Evlərə qənim kəsilən şəxs tutulub
İnək oğruları ələ keçiblər
İribuybuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Astara RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 9-da Şahağacı kəndinin otlaq sahəsindən kənd sakinləri Elxan Ərəbova və Mirqədir Qədirova məxsus 3 baş inək oğurlamaqda şübhəli bilinən Ərçivan qəsəbə sakinləri Elmir Feyziyev, Mirəli Əliyev və Bakı şəhər sakini Orxan Əliyev saxlanılıblar.
Avtomobil oğrularının digər əməlləri də ifşa edilib
Avtomobil qaçırmaqda şübhəli bilinən şəxslərin digər cinayət əməllərinin də üstü açılıb. DİN-dən “Olaylar”a verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini R.Əliyevin “VAZ-2106” markalı avtomobilini qaçırmaqda şübhəli bilindiklərinə görə saxlanılan şəhər sakinləri Sərxan Mahmudov, əvvəllər məhkum olunmuşlar - Tural Rüstəmov və Məcid Sultanovun digər cinayət əməllərinin də üstü açılıb.
Albert Eyneşteynin oğurlanmış beyni
Dünya şöhrətli alim Albert Eyneşteynin beyni təxminən 60 il qabaq oğurlanıb. Nisbilik nəzəriyyəsinin banisi olan Albert Eyneşteyn, 1955-ci il aprelin 18-də Amerikanın Priston hosbitalında vəfat etdikdən sonra, meyiti xəstəxananın morquna yerləşdirilib. Onun beynini Harvey yarmış və oğurlayaraq gizlətmişdir.
Tarixi şəxsiyyətlərdən maraqlı faktlar
Tarixin yazılmasında müstəsna xidmətləri olan bəzi tarixi şəxsiyyətlərin həyatı və xarakteri haqqında bu faktlarla tanış olaq: Alp Arslan saysız qələbələr qazanan və məğlubiyyət nə olduğunu bilməyən dünya əhəmiyyətli nadir sərkərdələrdən biri olub. 27000 əsgəri ilə Bizans torpaqlarına irəliləyərkən, kəşfiyyata göndərilən əsgərlərdən biri onun hüzuruna gələrək, təlaşla söyləmişdir: "300000 düşmən ordusu bizə olduqça yaxınlaşıb" Alp Arslan isə təmkinli halda cavab verib: "Bizdə onlara yaxınlaşmışıq"
"Yoldaşım dedi ki, video baxılası deyil" — MÜƏLLİMİN XADİMƏNİ ZORLAMASININ TƏFƏRRÜATI
Cəlilabad rayonu Muğan kənd orta məktəbinin təmizlik işçisini zorladığı deyilən müəllim B.A (ad şərtidir) ailəli imiş. Sözügedən məktəbin direktoru Aygün Məlikova verdiyi məlumata görə, müəllimin bir, texniki işçinin iki övladı var. A.Məlikova hər iki şəxsi belə xarakterizə edib: "B.A altı ildir bizim məktəbdə ibtidai sinif müəllimi işləyir, 34 yaşı var. Mən bu məktəbə iki ildir rəhbərlik edirəm. Qadın isə məktəbimizin təmizlik işçisi yox, gündüz gözətçisidir. Hər ikisi ailəlidir. Gözətçinin iki, müəllimin bir övladı var. Bu müddətdə onların hansısa münasibətinin olmasını hiss etməmişik. Hər ikisi hər gün məktəbdə olurlar".
Erməni silahlı bölmələri Ağcabədi sakinini yaralayıb
Azərbaycan ərazilərini işğal altında saxlayan erməni silahlı bölmələri bu gün Ağcabədi rayonunun Qiyaməddinli kəndini atəşə tutub.
Koalisiya: İŞİD Suriyada yenidən aktivləşib
Azərbaycan prezidenti: “Ancaq müstəqillik dövründə belə böyük uğurlara nail ola bilərdik”
“2004-cü ildə Azərbaycana xaricdən bir milyon qonaq gəlmişdirsə, bu il gələcək qonaqların sayı üç milyona çatacaq”. Məlumata görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib.
Dövlət başçısı: “Azərbaycan Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir”
“Kənd təsərrüfatının inkişafı üçün böyük meliorasiya tədbirləri görülüb”. Məlumata görə, bunu prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib. O bildirib ki, dörd böyük su anbarı tikilib: “Son bir neçə il ərzində biz hər il 100 mindən çox hektara yeni su mənbəyi gətiririk. Əminəm ki, kənd təsərrüfatının inkişafına bunun çox böyük təsiri olacaq”.
Prezident: “Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib”
“Biz bu illər ərzində ölkə daxilində enerji təminatını yaxşılaşdıra bilmişik, böyük infrastruktur layihələri icra edilib”. Məlumata görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində söyləyib.
Dövlət başçısı: ““Şahdəniz-2”, “Cənubi Qafqaz Kəməri” və TANAP bu il istifadəyə veriləcək”
“Bu illər ərzində biz yeni texnologiyalara böyük diqqət vermişik. Azərbaycan dünyanın məhdud sayda üzvü olan kosmik klubuna daxil oldu. Bizim indi iki peykimiz var və üçüncü peykin orbitə buraxılması nəzərdə tutulur”. Məlumata görə, bunu bu gün prezident İlham ƏliyevMilli Məclisdə andiçmə mərasimində deyib.
Prezident: “Yalnız iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər”
“Ancaq iqtisadiyyatı güclü olan ölkələr müstəqil siyasət apara bilər”. Məlumata görə, bu sözləri prezident İlham Əliyev Milli Məclisdə keçirilən andiçmə mərasimində deyib.
Prezident: “Korrupsiya və rüşvətxorluğa qarşı bundan sonra da mübarizə aparılacaq”
“Azərbaycanda mövcud olan müsbət demoqrafik dinamika tələb edir ki, iş yerlərinin yaradılması prosesi daim getsin”. Məlumata görə, bunu bu gün prezident İlham Əliyev Milli Məclisdə andiçmə mərasimində deyib.










