Albert Eyneşteynin oğurlanmış beyni
Dünya şöhrətli alim Albert Eyneşteynin beyni təxminən 60 il qabaq oğurlanıb. Nisbilik nəzəriyyəsinin banisi olan Albert Eyneşteyn, 1955-ci il aprelin 18-də Amerikanın Priston hosbitalında vəfat etdikdən sonra, meyiti xəstəxananın morquna yerləşdirilib. Onun beynini Harvey yarmış və oğurlayaraq gizlətmişdir.
18 Aprel 2018 16:17 DünyaDünya şöhrətli alim Albert Eyneşteynin beyni təxminən 60 il qabaq oğurlanıb. Nisbilik nəzəriyyəsinin banisi olan Albert Eyneşteyn, 1955-ci il aprelin 18-də Amerikanın Priston hosbitalında vəfat etdikdən sonra, meyiti xəstəxananın morquna yerləşdirilib. Onun beynini Harvey yarmış və oğurlayaraq gizlətmişdir. Eyneşteyn xəstəxanada cəmi bir gün yatmışdı. 76 yaşlı alimə daxili qanaxma diaqnozu qoyulmuş, amma o, cərrahiyyə əməliyyatından imtina etmişdir. Eyneşten nə beyninin, nə də başqa orqanlarının öyrənilməsini istəmirdi. Ona büt kimi sitayiş edilməsinin əleyhinə idi. Hətta vəsiət etmişdiki beyni yandırılaraq, külü gizli saxlanılacaq yerə səpilsin. Lakin Harvey alimin beynini ailəsinin icazəsi olmadan götürür. Məsələ bir neçə gün sonra bilinəndə Harvey hosbitaldakı işini itirir. O, beyni 240 yerə bölüb özü ilə Filodelfiyaya aparır və xüsusi kimyəvi məhlul ilə evinin zirzəmisində saxlayır. Arvadının təkidindən sonra beyni işlədiyi laborotoriyaya aparır və tədqiq etməyə çalışır. 1985-ci ildə Harvey və onunla əməkdaşlıq edən bir qrup alim, Eyneşteynin beyni haqqında tədqiqatlarını çap etdirirlər. Onlar bilirdilərki Eyneşteynin beynindəki bəzi hüceyrələrin sayı, adi insandakından çoxdur. Eyneşteynin beynində riyazi hesablama və məkanla bağlı informasiyaların emalına cavabdeh olan hissə daha böyükdür.
2010-cu ildə varisləri Harveyə məxsus bəzi əşyaları, o cümlədən Eyneşteynin beyninin qalıqlarını və beynin bütöv halda şəkillərini ABŞ-ın "Tibb Muzeyi"-nə bağışlayıblar.