Gündəm

Vüqar Rəhimzadə: “Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək"

18 Aprel 2018 16:41

“Azərbaycan bundan sonra da sürətlə inkişaf edəcək. Bundan sonrakı proqramlar kifayət qədər zəngindir. Azərbaycan dövlətinin, dövlətçiliyinin möhkəmləndirilməsi, sosial həyat şəraitinin yaxşılaşdırılması, sabitliyin daha da dərinləşdirilməsi uğurlu şəkildə davam edəcək”. Bunu  “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Elçin Mirzəbəyli: “Terrorçuluq Sarkisyan hakimiyyətinin mahiyyətini əks etdirir”

18 Aprel 2018 16:39

“Ermənistanda uzun müddət tam sabitliyin bərpa olunacağı inandırıcı görünmür. Amma məncə hadisələrin gedişatının izləmək lazımdır. Çünki müxalif deputat Nikol Paşinyan və tərəfdarları “məxməri inqilab” başladıqlarını elan etsələr də onların bir o qədər də ciddi potensiala və gücə malik olmadığı göz önündədir”. Bunu siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Prezident and içdi

18 Aprel 2018 16:37

Aprelin 11-də keçirilən prezident seçkilərində  seçicilərin əkəriyyətinin səsini qazanaraq qalib olmuş  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dünən Milli Məclisdə andiçmə mərasimi keçirilib. Andiçmə mərasimində Azərbaycanın dövlət rəsmiləri, hökumətin üzvləri, Milli Məclisin deputatları və Prezidentin ailə üzvləri iştirak ediblər.

“Ermənistan hakimiyyətinin öz xalqına qarşı cinayətini beynəlxalq birlik görmək istəmir” – Elman Nəsirov

18 Aprel 2018 16:35

Xəbər verdiyimiz kimi, Ermənistanda kütləvi aksiyalar keçirilir. Etiraz aksiyalarının səbəbi isə Serj Sarkisyanın baş nazir seçilməyidir.

Gümrüdə də iğtişaşlar başladı - Polis Sarkisyan əleyhdarlarını qovur

18 Aprel 2018 16:33

Ermənistanın eks-prezidenti Serj Sarkisyanın baş nazir seçilməsinə etiraz edənlərlə polis arasında toqquşmalar artıq başqa şəhərlərdə də başlayıb. Məlumata görə, toqquşmalar Gümrü şəhərində qeydə alınıb. 

E.ə. I minilliyin birinci yarısına aid bəzək əşyaları tapıldı – Azərbaycanda

18 Aprel 2018 16:31

AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.e.d. Nəcəf Müseyiblinin rəhbərliyi ilə Goranboy, Şəmkir, Tovuz və Ağstafa rayonlarında orta əsrlərə, son tunc-erkən dəmir dövrünə aid bir sıra abidələrin vəziyyəti yoxlanılıb, yerüstü materiallar əsasında həmin arxeoloji abidələrin səciyyəsi müəyyənləşdirilib. Bir sıra abidələrdə təbii və süni müdaxilələr nəticəsində dağıntıların baş verdiyi qeydə alınıb.

"İlham Əliyevin liderliyi ilə hələ çox qələbələrə, zəfərlərə imza atılacaq"

18 Aprel 2018 16:30

"Bu gün Azərbaycan prezidenti cənab İlham Əliyevin Milli Məclisdə andiçmə mərasimi keçirildi. Xalqımız üçün uğurlu-xeyirli olsun!" Bunu millət vəkili Sahib Alıyev dilə gətirib. "Prezidentin proqram xarakterli çıxışından gəldiyim nəticə budur ki, Qarabağ münaqişəsinin həlli yönündə atacağımız addımlar yenə də hibrid xarakteri daşıyacaq"-deyən, millət vəkilinin sözlərinə görə, yəni, torpaqlarımızın azad olunması üçün siyasi, iqtisadi, diplomatik, informasiya, psixoloji və təbii ki, hərbi müstəvidə gərəkən nə varsa ediləcək: "Bununla yanaşı cənab Prezidentin Ermənistanın özünün belə azərbaycanlıarın torpağında yaradıldığını növbəti dəfə vurğulaması bir daha təsdiqlədi ki, onun bu haqda fikirləri nə haylara özlərini yığışdırmaları üçün xəbərdarlıqdır, nə də qulağa xoş gəlmək üçündür.

"Sən də Azərbaycanı gör" – Türkiyədə konsert

18 Aprel 2018 16:29

Azərbaycan Dövlət Akademik Opera və Balet aparıcı solistləri, Respublikanın Əməkdar artisti Afaq Abbasova və Xalq artisti Samir Cəfərov 24-26 aprel tarixlərində Türkiyə Respublikasına qastrol səfərinə dəvət olunublar. Olaylar.az bildirir ki, aprelin 25-də baş tutacaq konsert "Sən də Azərbaycanı gör" adlanır. Konsert proqramı Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuşdur. May ayında isə Afaq Abbasovanın Avropa ölkələrinə səfərləri baş tutacaq.

Regionların sosial-iqtisadi inkişaf proqramları sənayenin inkişafını stimullaşdırır

18 Aprel 2018 16:27

2004-cü ildən etibarən Azərbaycan sənayesi yeni inkişaf mərhələsinə daxil olmuşdur. Bu ildən icrasına başlanılan regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının və eləcə də digər məqsədyönlü tədbirlərin nəticəsində sənaye istehsalı üçün xüsusi əhəmiyyət kəsb edən məsələlər həlli istiqamətində əhəmiyyətli işlər görülmüş, sənayenin infrastruktur təminatı xeyli yaxşılaşdırılıb.

“Kitabsevərlər klubu” nun növbəti toplantısı

18 Aprel 2018 16:26

Aprelin 18 –də  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması və kitab oxumaq ənənələrinin bərpası məqsədilə Çuxur Qəbələ kənd orta məktəbində “Kitabsevərlər klubu”nun növbəti toplantısı keçirilib. Toplantıda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin Nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında, kitabxanaların fəaliyyətinin, kitab oxuma mədəniyyətinin əhəmiyyəti haqqında çıxışından sonra Mərkəzin şöbə müdirləri və digər mütəxəssislər öz geniş məruzələri ilə çıxış ediblər.

“Kitabsevərlər klubu” nun növbəti toplantısı

18 Aprel 2018 16:26

Aprelin 18 –də  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması və kitab oxumaq ənənələrinin bərpası məqsədilə Çuxur Qəbələ kənd orta məktəbində “Kitabsevərlər klubu”nun növbəti toplantısı keçirilib. Toplantıda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin Nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında, kitabxanaların fəaliyyətinin, kitab oxuma mədəniyyətinin əhəmiyyəti haqqında çıxışından sonra Mərkəzin şöbə müdirləri və digər mütəxəssislər öz geniş məruzələri ilə çıxış ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə  Fondunda seminar-müşavirə keçirilib

18 Aprel 2018 16:25

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə  Fondunda “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 6 mart tarixli Qanununun və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi sahəsində görülən işlərə dair seminar-müşavirə keçirilib.

Atatürk üçün 19 rəqəminin mahiyyəti

18 Aprel 2018 16:24

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün həyatında 19 rəqəmi xüsusi yer tutub.  Beləki, Mustafa Kamal Atatürk, 1881-ci ildə, yəni 19-cu əsrin qurtarmağına 19 il qalmış dünyaya gəlib. 

Vilayət Eyvazov Milli Məclisdə hesabat verəcək

18 Aprel 2018 16:21

Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazovun Milli Məclisdə hesabat verəcəyi tarix müəyyənləşib. Məlumata görə, Milli Koordinator aprelin 24-də Milli Məclisə hesabat verəcək.