Gündəm

Əfqanıstanda Seçki Komissiyasının 3 üzvü oğurlandı

18 Aprel 2018 17:20

"Taliban" radikal qruplaşması Əfqanıstanda Seçki Komissiyasının 3 üzvünü oğurlayıb. İnsident Qur vilayətində baş verib. Məlumata görə, Seçki Komissiyasının üzvləri ilə bərabər 2 polis əməkdaşı da girov götürülüb.

Bilik Fondu Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününü qeyd etdi

18 Aprel 2018 17:18

 Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Mədəni maarifləndirmə” proqramı çərçivəsində 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə Qax Bilik Evində AMEA Şəki Regional Mərkəzinin tədqiqatçısı, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin “Qax - Balakən bölgəsinin abidələri və tarixi yerləri” mövzusunda mühazirəsi təşkil olunub. Bilik Evinin direktoru Gülşən Məcidov Rayon məktəblərinin yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açaraq, Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün yaranma mahiyyəti barədə məlumat verib.

Xalq artistinin qızının toyudur

18 Aprel 2018 17:17

Məlumata görə, xalq artisti Mənsum İbrahimov bu gün qız övladına toy edir. Paytaxt restoranlarından birində baş tutacaq şad günə xalq artisti incəsənətin say-seçmə insanlarını dəvət edib.

"Beşiktaş"dan tarixi transfer

18 Aprel 2018 17:12

Türkiyə təmsilçisi "Beşiktaş"da icarə əsasında çıxış edən Anderson Talisca üçün İngiltərədən bir iddia irəli sürülüb. "Beşiktaş"ın mövsüm sonunda heyyətinə qatmaq üçün 21 milyon ödəməli olduğu brazilyalı Talisca üçün İngiltərə medyasın bəzi iddialar ortaya atılıb. Belə ki, "Benfika" klubuna məxsus hücumçu onu transfer etmək istəyən komandanın 40 milyon avro ödəməli olduğunu bildirib.

Prokuror iraqlı tələbəyə qarşı quldurluq edən dəstəyə cəza istədi

18 Aprel 2018 17:11

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və quldurluqda təqsirli bilinən Elvira Ələsgərova, Çinarə Bəhlulzdə, Vahid Cəfərzadə, Fəxrəddin Hüseynov, Anar Kərimov, Fəqan Abdullayev, Nurlan Məmmədov və Kamran Vahabovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

İlham Əliyevin yenidən prezident seçilməsinə 56 ölkədən dəstək

18 Aprel 2018 17:09

Bu gün Bakıda öz işinə başlayan İƏT Gənclər və İdman Nazirlərinin 4-cü Konfransında iştirak edən nümayəndə heyətlərinin yekdil qərarı ilə 56 üzv ölkəni öz sıralarında birləşdirən İƏT Nazirlər Konfransı adından Azərbaycan Prezidenti İlham Əliyevə, 11 apreldə yenidən dövlət başçısı seçilməsi münasibətilə təbrik göndərilib.

Üç ayda 6 milyon qazanacaq

18 Aprel 2018 17:07

Paytaxt məktəbi olimpiadanın final mərhələsində

18 Aprel 2018 17:03

Respublika fənn olimpiadalarının final mərhələsində 213 Bakı məktəblisi iştirak etmək hüququ  qazanıb. “OLAYLAR” xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki təhsil müəssisələrindən Azərbaycan dili və ədəbiyyat fənni üzrə 16, riyaziyyat fənni üzrə 9, fizika fənni üzrə 7, kimya fənni üzrə 7, biologiya fənni üzrə 12, coğrafiya fənni üzrə 74, tarix fənni üzrə 16 və informatika fənni üzrə 72 şagird bilik yarışının final mərhələsində qalibiyyət uğrunda mübarizə aparacaq.

BNA İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya üzv qəbul edilib

18 Aprel 2018 17:03

Bakı Nəqliyyat Agentliyi dünya üzrə 200-dən çox şəhər nəqliyyatına məsul qurumlarını özündə birləşdirən İctimai Nəqliyyat üzrə Beynəlxalq Assosiasiyaya (International Association of Public Transport)  üzv qəbul edilib. “OLAYLAR”-a BNA-dan daxil olan məlumata görə, Assosiasiya ictimai nəqliyyat üzrə peşəkarları bir yerə gətirərək müvafiq inkişaf perspektivlərini və problemləri müzakirə etmək, qabaqcıl təcrübələri bölüşmək üçün əlverişli platforma hesab edilir.

Bilik Fondu beynəlxalq əlaqələrini genişləndirir

18 Aprel 2018 17:01

Aprelin 18-də Ukrayna Respublikasının Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə Poltava Milli Texniki Universitetinin rektoru, iqtisad elmləri doktoru, professor Vladimir Onişenko və universitetin elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Svetlana Savitskaya Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda icraçı direktor Oktay Səmədovla görüşüb. Əhalinin maarifləndirilməsi və elmi biliklərinin artırılması istiqamətində Fondun fəaliyyəti ilə tanış olub, ukraynalı alim və tədqiqatçıların Azərbaycanda, ölkəmizin tanınmış ziyalılarının Ukraynada mühazirə və ustad dərslərinin təşkili, birgə elmi konfrans və seminarların keçirilməsi məsələlərini müzakirə ediblər.

Çin tərəvəz yeməklərinin hazırlanması üzrə master-klass

18 Aprel 2018 16:51

Aprelin 18-də Azərbaycan Dillər Universitetində  Konfutsi İnstitutunun təşkilatçılığı ilə “Çin tərəvəz yeməklərinin hazırlanması” mövzusunda master-klass keçirilib. Açılış nitqi ilə çıxış edən Konfutsi İnstitutunun direktoru professor Rafiq Abbasov Çin yeməklərinin Azərbaycanda da sevildiyini vən son zamanlar daha da məşhurlaşdığını qeyd edib. Professor bildirib ki, Milli Kulinariya Mərkəzi ilə bağlanılan müqavilə əsasında Azərbaycanda təşkil olunan beynəlxalq müsabiqələrdə Konfutsi İnstitutu dəfələrlə layiqli yerlər qazanıb.

Havanın temperaturu yüksələcək

18 Aprel 2018 16:51

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi əsəcək, gündüz arabir güclənəcək.

Qazaxıstan Universitetləri arasında əlaqə

18 Aprel 2018 16:50

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenova adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən növbəti dəfə onların I kurs magistr tələbələri elmi təcrübə keçmək üçün Universitetdə olublar. Ümumilikdə 15 tələbə 8-17 aprel 2018-ci il tarixlərində ADMİU-da elmi təcrübə keçiblər. Səfər çərçivəsində magistr tələbələr Baysabayeva Toqcan və Karımbaeva Aycan ADMİU-da keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVII Beynəlxalq Elmi Konfransına qatılaraq, maraqlı məruzələrlə çıxış ediblər.