Gündəm

Ermənistanda kütləvi həbslər başladı

18 Aprel 2018 17:53

Ermənistanda Serj Sərkisyanın baş nazir postunu ələ keçirməsinə qarşı ötən həftə sonundan baş verən kütləvi etiraz aksiyaları aprelin 18-də də davam edib. Etirazçıların zərərsizləşdirilməsi üçün paytaxt İrəvana yerləşdirilmiş hərbi texnika və canlı qüvvə strateji əhəmiyyət kəsb edən binaları nəzarətə götürüb.

Sarkisyanın əleyhdarları axşam saatlarında daha bir mitinq elan edib

18 Aprel 2018 17:49

Yerevanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı etiraz aksiyalarının iştirakçıları bu gün axşam saatlarında daha bir mitinq keçirəcəklərini deyiblər.

Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib

18 Aprel 2018 17:47

Mətbuat Şurası (MŞ) İdarə Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. Mətbuat Şurasından  verilən məlumata görə, şura sədri, Milli Məclisin deputatı Əflatun Amaşov gündəlikdə duran məsələlər barədə məlumat verib. Gündəlik səsə qoyularaq qəbul edilib.

Dalana dirənən Sarkisyana Putin ZƏNG ETDİ - İkinci müharibə başlayır

18 Aprel 2018 17:43

Serj Sarkisyan baş nazir seçilən kimi Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Bu, Rusiya liderinin təbriki olsa da, Ermənistan mediası danışıqda İrəvanda başladılan “Məxməri inqilab”ın müzakirə edildiyini yazıb. Bu, proseslərin ciddi narahatlıq yaratdığını da deməyə əsas verir. Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, “əsəblərin müharibəsi başa çatdı, indi yeni mərhələ başlanır”.

Səfir İraqda üç azərbaycanlı qadının edama məhkum edilməsi barədə məlumata münasibət bildirib

18 Aprel 2018 17:34

"İraqda edam hökmünə məhkum edilmiş azərbaycanlı qadınlar barədə bizə rəsmi məlumat daxil olmayıb". Bunu  Azərbaycanın İraqdakı səfiri Ramiz Qafarov deyib.

İran beynəlxalq hesablaşmalarda dollardan imtina edərək avroya keçib

18 Aprel 2018 17:33

İran hökuməti beynəlxalq hesablaşmalarda dollardan imtina edərək bütün ölkəxarici pul köçürmələrində və dövlət qurumlarının rəsmi hesabatlarında avroya keçilməsi barədə qərar qəbul edib.

Ərdoğan: "Bu il iyunun 24-də Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək"

18 Aprel 2018 17:32

“Bu gün Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının növbədənkənar prezident və parlament seçkiləri keçiriliməsi ilə bağlı təklifini keçirdiyimiz görüşdə geniş müzakirə etdik”.

Teatr növbəti səfərə hazırlaşır

18 Aprel 2018 17:29

Özünün 90 illik yubileyini qeyd etməyə hazırlaşan Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı növbəti səfərə hazırlaşır. ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də RF-nın tərkibində fəaliyyət göstərən xarici ölkə teatr kollektivləri ilə “qarşılıqlı qastrol səfərlərinə dair” yaradıcılıq müqavilələri imzalamışdır. Hələ ötən il əldə olunmuş razılığa əsasən ADGTT-nın kollektivi Gürcüstan Dövlət Peşəkar Gənc Tamaşaçılar Teatrının, Çeçenistan Dövlət Gənc Tamaşaçılar və Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində “Sabi” Dövlət Gənc Tamaşaçılar teatrlarının qonağı olaraq maraqlı tamaşalarla çıxış etmişlər.

“Şüuraltı kölgələr” nümayiş olundu

18 Aprel 2018 17:25

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin qarşısında, açıq havada teatr rejissoru ixtisasında təhsil alan magistr tələbəsi Younes Valipourun “Şüuraltı kölgələr” psixoloji tamaşası nümayiş olunub. Tamaşada dörd aktyor - Aktyorlar Mirqabil Əkbərov, Anar Buludov, Gövhər Şahbanova  və Tunar Əlizadə  iştirak edir. “Şüuraltı kölgələr” 25 aprel- 1 may tarixlərində Təbrizdə keçiriləcək “Təbrizim” V Beynəlxalq küçə teatr festivalında iştirak üçün hazırlanıb.

Məşhur bacılar yaşadıqları evdə bir-birini döydülər - Qonşular polis çağırdı 

18 Aprel 2018 17:21

"Cicişlər" kimi tanınan Esra-Ceyda Ersoy bacıları İstanbulda yaşadıqları evdə hələlik bilinməyən səbəbdən dava ediblər. Qonşuların xəbərdarlığından sonra "Cicişlər"in evinə polis və təcili yardım gəlib. Polislərə uzun müddət qapını açmayan Ersoy bacılarını sonda dilə tutmaq mümkün olub.