Sarkisyanın əleyhdarları axşam saatlarında daha bir mitinq elan edib

Yerevanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı etiraz aksiyalarının iştirakçıları bu gün axşam saatlarında daha bir mitinq keçirəcəklərini deyiblər.

Yerevanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin olunmasına qarşı etiraz aksiyalarının iştirakçıları bu gün axşam saatlarında daha bir mitinq keçirəcəklərini deyiblər. Məlumata görə, bunu müxalif deputat, aksiyanın rəhbəri Nikol Paşinyan deyib. N.Paşinyan bildirib ki, aksiyanın saat 19:00-da başlaması planlaşdırılır.

Xatırladaq ki, Serj Sarkisyanın baş nazir təyin olunmasına etiraz olaraq Yerevanda və digər şəhərlərdə kütləvi aksiyalar aprelin 16-dan davam edir. Etirazlar zamanı polislə aksiya iştirakçıları arasında qarşıdurma yaşanıb, saxlanılanlar var. Trend.az erməni KİV-lərinə istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31