Pakistan Milli Müdafiə Universiteti nümayəndə heyəti Azərbaycanda səfərdədir
18 Aprel 2018 17:38 SiyasətAzərbaycanda səfərdə olan Pakistan Milli Müdafiə Universitetinin nümayəndə heyəti Müdafiə Nazirliyi Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsi və Silahlı Qüvvələrin Hərbi Akademiyasında olub. "OLAYLAR" Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qonaqlar beynəlxalq hərbi əməkdaşlıq və hərbi təhsil sahəsində həyata keçirilən fəaliyyətlər və əldə olunan nəticələr barədə ətraflı məlumatlandırılıb.
Qeyd edək ki, səfər çərçivəsində Pakistan nümayəndə heyəti bir sıra nazirliklər, dövlət xidmətləri, agentlik və universitetlərdə görüşlər keçirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31