Ermənistanda kütləvi həbslər başladı

Ermənistanda Serj Sərkisyanın baş nazir postunu ələ keçirməsinə qarşı ötən həftə sonundan baş verən kütləvi etiraz aksiyaları aprelin 18-də də davam edib. Etirazçıların zərərsizləşdirilməsi üçün paytaxt İrəvana yerləşdirilmiş hərbi texnika və canlı qüvvə strateji əhəmiyyət kəsb edən binaları nəzarətə götürüb.

Rusiya KİV-lərinin yaydığı xəbərə görə, aksiya iştirakçılarının parlament binasına doğru hərəkət etməsinin qarşısı polis və digər təhlükəsizlik qüvvələri tərəfindən kobud şəkildə alınılb. Polisin dinc aksiya iştirakçılarına zor tətbiq etməsi nəticəsində onlarla insan xəsarət alıb.

Məlumata görə, hakimiyyət strukturları tərəfindən polisə aksiyanın təşkilatçılarının həbsi barədə tapşırıq verilib. Elə bunun nəticəsidir ki, təkcə aprelin 18-də İrəvanda 84 nəfər aksiya iştirakçısı həbs edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31