“Şüuraltı kölgələr” nümayiş olundu

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin qarşısında, açıq havada teatr rejissoru ixtisasında təhsil alan magistr tələbəsi Younes Valipourun “Şüuraltı kölgələr” psixoloji tamaşası nümayiş olunub. Tamaşada dörd aktyor - Aktyorlar Mirqabil Əkbərov, Anar Buludov, Gövhər Şahbanova  və Tunar Əlizadə  iştirak edir. “Şüuraltı kölgələr” 25 aprel- 1 may tarixlərində Təbrizdə keçiriləcək “Təbrizim” V Beynəlxalq küçə teatr festivalında iştirak üçün hazırlanıb.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin qarşısında, açıq havada teatr rejissoru ixtisasında təhsil alan magistr tələbəsi Younes Valipourun "Şüuraltı kölgələr" psixoloji tamaşası nümayiş olunub. Tamaşada dörd aktyor - Aktyorlar Mirqabil Əkbərov, Anar Buludov, Gövhər Şahbanova  və Tunar Əlizadə  iştirak edir.

"Şüuraltı kölgələr" 25 aprel- 1 may tarixlərində Təbrizdə keçiriləcək "Təbrizim" V Beynəlxalq küçə teatr festivalında iştirak üçün hazırlanıb.

Müəllif və rejissor Younes Valipour tamaşanı belə xarakterizə edir: "İnsanlar eyni doğulur, lakin sonradan mühit onları dəyişir və demək olar ki, həyatda öz yerini, öz nöqtəsini tutur və oradan yola çıxır. Həyatda insanın etdikləri bir bumeranqa bənzəyir. Bumeranqı sərrast atsan, sərrast da tuta biləcəksən. İnsan da nə edirsə qarşısına çıxacaqdır. Bu tamaşada insanlar iş axtarır, müharibə istəmir, lakin mühit onlara elə təsir edir ki, onlarda artıq itə çevrilmə baş verir. Psixoloji olaraq təsir edir."

Sözsüz, musiqi və səs effektləri ilə təsir gücü daha da artan tamaşa Universitetdə maraqla qarşılanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31