Qazaxıstan Universitetləri arasında əlaqə

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenova adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən növbəti dəfə onların I kurs magistr tələbələri elmi təcrübə keçmək üçün Universitetdə olublar. Ümumilikdə 15 tələbə 8-17 aprel 2018-ci il tarixlərində ADMİU-da elmi təcrübə keçiblər. Səfər çərçivəsində magistr tələbələr Baysabayeva Toqcan və Karımbaeva Aycan ADMİU-da keçirilən “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XVII Beynəlxalq Elmi Konfransına qatılaraq, maraqlı məruzələrlə çıxış ediblər.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə T.K.Jurqenova adına Qazaxıstan Milli İncəsənət Akademiyası arasında imzalanan əməkdaşlıq müqaviləsinə əsasən növbəti dəfə onların I kurs magistr tələbələri elmi təcrübə keçmək üçün Universitetdə olublar. Ümumilikdə 15 tələbə 8-17 aprel 2018-ci il tarixlərində ADMİU-da elmi təcrübə keçiblər.

Səfər çərçivəsində magistr tələbələr Baysabayeva Toqcan və Karımbaeva Aycan ADMİU-da keçirilən "Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri" mövzusunda XVII Beynəlxalq Elmi Konfransına qatılaraq, maraqlı məruzələrlə çıxış ediblər.

Tələbələrin Bakıya səfəri çərçivəsində elmi təcrübə ilə yanaşı gündəlik mədəni proqram da təşkil edilib.

10 günlük elmi təcrübənin yekununda Universitetin rektoru professor Fərəh Əliyeva tələbələrlə görüşüb, onlarla fikir mübadiləsi apararaq, təəssüratlarını öyrənib. Universitetin professor, müəllim heyətinin də iştirak etdiyi görüşdə qazaxıstanlı tələbələr burada keçirdikləri zaman müddətində topladıqları təcrübə, müəllimlərin tələbələrlə iş prosesi, öyrəndikləri yeniliklər, onlara yaradılan şəraitdən məmnun qaldıqlarını və elmi təcrübələrinin çox maraqlı keçdiyini bildiriblər. Sonda tələbələrə sertifikatlar və Azərbaycan incəsənətinə aid kitablar təqdim edilib, xatirə şəkli çəkilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31