Beşiktaş "Kadıköy" revanşında

Türkiyə Kubokunun yarım final mərhələsinin ikinci turunda, Fənərbaxça doğma meydanı Kadıköydə Beşiktaşı qəbul edəcək. 

Tərəflər arasında ilk qarşıdurma 2:2 hesabı ilə başa çatmışdı. Səfərdə qeyd etdiyi 2 topa nəzərən revanş oyununda üstünlük Fənərbaxçada olacaq. Xatırladaq ki, qara-ağlılar axırıncı dəfə 13 il əvvəl Kadıköydən qalibiyyətlə qayıdıblar. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31