"Sən də Azərbaycanı gör" – Türkiyədə konsert
Azərbaycan Dövlət Akademik Opera və Balet aparıcı solistləri, Respublikanın Əməkdar artisti Afaq Abbasova və Xalq artisti Samir Cəfərov 24-26 aprel tarixlərində Türkiyə Respublikasına qastrol səfərinə dəvət olunublar. Olaylar.az bildirir ki, aprelin 25-də baş tutacaq konsert "Sən də Azərbaycanı gör" adlanır. Konsert proqramı Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuşdur. May ayında isə Afaq Abbasovanın Avropa ölkələrinə səfərləri baş tutacaq.
18 Aprel 2018 16:29 Teatr və kinoAzərbaycan Dövlət Akademik Opera və Balet aparıcı solistləri, Respublikanın Əməkdar artisti Afaq Abbasova və Xalq artisti Samir Cəfərov 24-26 aprel tarixlərində Türkiyə Respublikasına qastrol səfərinə dəvət olunublar.
Olaylar.az bildirir ki, aprelin 25-də baş tutacaq konsert "Sən də Azərbaycanı gör" adlanır. Konsert proqramı Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin 100 illiyinə həsr olunmuşdur.
May ayında isə Afaq Abbasovanın Avropa ölkələrinə səfərləri baş tutacaq.
Mayın 10-da Serbiya Opera Teatrında keçirləcək konsert Ümummilli liderimiz Heydər Əliyevin 95-ci ildönümünə həsr olunacaq.
20-24 may tarixlərində Afaq Abbasovanın Slovakiyada baş tutacaq səfəri Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təşkil olunacaqdır. Konsert Bratislava filarmoniyasının zalında keçiriləcəkdir.