“Kitabsevərlər klubu” nun növbəti toplantısı
Aprelin 18 –də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması və kitab oxumaq ənənələrinin bərpası məqsədilə Çuxur Qəbələ kənd orta məktəbində “Kitabsevərlər klubu”nun növbəti toplantısı keçirilib. Toplantıda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin Nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında, kitabxanaların fəaliyyətinin, kitab oxuma mədəniyyətinin əhəmiyyəti haqqında çıxışından sonra Mərkəzin şöbə müdirləri və digər mütəxəssislər öz geniş məruzələri ilə çıxış ediblər.
18 Aprel 2018 16:26 SosialAprelin 18 -də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Qəbələ rayon üzrə pilot layihəsi çərçivəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən mədəniyyət müəssisələrinin tanıdılması və kitab oxumaq ənənələrinin bərpası məqsədilə Çuxur Qəbələ kənd orta məktəbində "Kitabsevərlər klubu"nun növbəti toplantısı keçirilib. Toplantıda Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin Nazirliyin təşəbbüsü ilə icra olunan layihə haqqında, kitabxanaların fəaliyyətinin, kitab oxuma mədəniyyətinin əhəmiyyəti haqqında çıxışından sonra Mərkəzin şöbə müdirləri və digər mütəxəssislər öz geniş məruzələri ilə çıxış ediblər.
Klubun üzvləri, Çuxur Qəbələ kəndinin sakinləri tədbir zamanı çıxış edərək Nazirliyin sözügedən layihəsini yüksək qiymətləndirmiş və uşaqların tərbiyə, habelə biliyə qarşı marağının artırılmasına xidmət edən layihə olduğunu bildirmişlər.
"Kitabsevərlər klubu"nun üzvləri arasında kitab oxuma ənənələrinin bərpası, mədəniyyət müəssisələrinə, o cümlədən kitabxanalara marağın artırılması haqqında fikir mübadiləsi aparılıb.
Tədbir çərçivəsində sözügedən məktəbin direktoru Müşfiq Əzizova Mərkəz tərəfindən xatirə hədiyyəsi, ədəbiyyat müəllimi Nigar Məmmədyarovaya və məktəbin şagirdlərinə keçirilən viktorinada fəal iştiraklarına görə sertifikat və Mərkəz tərəfindən hazırlanmış "Qarabağ açıqcaları" hədiyyə edilib.