Tarixi şəxsiyyətlərdən maraqlı faktlar
Tarixin yazılmasında müstəsna xidmətləri olan bəzi tarixi şəxsiyyətlərin həyatı və xarakteri haqqında bu faktlarla tanış olaq: Alp Arslan saysız qələbələr qazanan və məğlubiyyət nə olduğunu bilməyən dünya əhəmiyyətli nadir sərkərdələrdən biri olub. 27000 əsgəri ilə Bizans torpaqlarına irəliləyərkən, kəşfiyyata göndərilən əsgərlərdən biri onun hüzuruna gələrək, təlaşla söyləmişdir: "300000 düşmən ordusu bizə olduqça yaxınlaşıb" Alp Arslan isə təmkinli halda cavab verib: "Bizdə onlara yaxınlaşmışıq"
18 Aprel 2018 16:15 DünyaTarixin yazılmasında müstəsna xidmətləri olan bəzi tarixi şəxsiyyətlərin həyatı və xarakteri haqqında bu faktlarla tanış olaq: Alp Arslan saysız qələbələr qazanan və məğlubiyyət nə olduğunu bilməyən dünya əhəmiyyətli nadir sərkərdələrdən biri olub. 27000 əsgəri ilə Bizans torpaqlarına irəliləyərkən, kəşfiyyata göndərilən əsgərlərdən biri onun hüzuruna gələrək, təlaşla söyləmişdir: "300000 düşmən ordusu bizə olduqça yaxınlaşıb" Alp Arslan isə təmkinli halda cavab verib: "Bizdə onlara yaxınlaşmışıq"
Corc Vaşinqton ata minməyi xoşlayırdı. Lakin o minəcəyi atın tamamilə təmiz olmasını tələb edirdi. Hətta atın dişlərinin təmiz olmasını belə yoxlayırdı.
Qüdrətli sərkərdə Makedoniyalı İsgəndər 30000 əsgərinin hamısının üzünü tanıyırdı.
Fransa imperatoru, Fransa inqilabı ordusunun generalı, Fransa Respublikasının birinci konsolu, Napaleon Bonapartın əslən italiyan əsilli olduğu söylənilir. Hətta onun, uşaqlıqda Fransaya nifrət etdiyinə dair bir çox iddialar var. Çünki o, Korsikada doğulmuşdu və məşhur sərkərdə olduğu illərdə bu ada, italiyanların əlindən, fransızların əlinə təzə keçmişdi.
Hindistan müstəqillik hərakatının siyasi və ruhanı rəhbəri, Mahatma Qandinin ilk vətəndaş oyanışı, düşünüldüyü kimi Hindistanda deyil, Cənubi Afrikada baş vermişdi. Burada işlədiyi illərdə, qara dərililərə qarşı aparılan irqçilikdən o da öz nəsibini almışdı. Bir gün qatarla səfər etdiyi zaman, birinci yerə bileti olduğu halda üçüncü yerə keçirilmiş, etirazını bildirdiyi üçün isə qatardan qovulmuşdur. Bu kimi hadisələr siyasi baxımdan onun üçün dönüş nöqtəsi olmuşdur.
Adolf Hitler digərləri ilə nahar zamanı ümumi mövzularda söhbətin uzanmasına imkan verir, lakin bir neçə saat sonra özünün çoxsaylı monoloqlarından birinə başlayırdı. Onun bu nitqləri, əvvəldən sona qədər əla olub, çünki imkan tapdıqca nitq məşqləri edirmiş.
Adətən İosif Stalin gündə 300 səhifə kitab oxuyurdu. O, həmişə mütaliə və özünü tədrislə məşğul olub. 1931-ci ildə Qafqazda müalicə aldığı vaxtlar, Nadejda Aliluevaya yazdığı məktubda səhhəti barədə məlumat verməyi unudub, ondan elektrotexnika və qara metallurgiya barədə dərslik göndərməsini xahiş edib.
İtaliya tarixindən danışıldığı zaman ağla ilk gələn şəxs, İmperator Yuli Sezar qüdrətli olduğu qədər həmdə səxavətli idi. Beləki yaxın dostlarından birinin xahişi ilə onun yanına göndərilən bir adama Sezar bütöv bir ölkə bağışlamışdı.