Mikroavtobusla yük maşını toqquşub

Cəlilabadda mikroavtobus yük maşını ilə toqquşub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, aprelin 17-də saat 23 radələrində Cəlilabad rayonunun Alar kəndində Üçtəpə kənd sakini Əli Nağıyevin idarə etdiyi "QAZ-33213" markalı mikroavtobus və Maşlıq kənd sakini Rauf Əliyevin idarə etdiyi "QAZ-330211" markalı yük avtomobili toqquşub.Nəticədə R.Əliyevin sərnişini, Masallı rayon sakini Mehman Qəfərov hadisə yerində ölüb, digər sürücü və 1 sərnişini xəstəxanaya yerləşdiriliblər. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31