Xarici sərmayədə öncül ölkələr

2018-ci ilin yanvar-mart aylarında xarici müəssisə və təşkilatlar əsas kapitala 1 milyard 386,5 milyon manat vəsait yönəldib. Novator.az-ın məlumatına görə, Dövlət Statistika Komitəsi bildirir ki, xarici kapitalın 82,2 faizi Böyük Britaniya, Türkiyə, İsveçrə, Malayziya, Çexiya, Yaponiya, ABŞ, Rusiya və İran sərmayədarlarına məxsus olub.

Hesabata əsasən, yanvar-mart aylarında 2 milyard 869,2 milyon manatlıq ümumi sərmayənin 50,8 faizi qeyri-neft sektoruna sərf edilib və bu sektorda investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 41,2 faiz artıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31