"Kommersant": Belarus Azərbaycana "Polonez” reaktiv atəş sistemləri göndərə bilər
2018-ci ildə Belarus Azərbaycana 10 ədəd “Polonez” reaktiv yaylım atəş sistemləri göndərə bilər. 2018-ci ilin sonuna kimi Belarus bu sahədə olan ilk ixrac müqaviləsini icra etmək niyyətindədir. Qəzetə bu barədə Belarus Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Mənbə bildirir ki, hüquqi sənədlər final mərhələsindədir, lakin sifarişçinin hansı ölkə olduğu açıqlanmayıb.
18 Aprel 2018 14:11 Dünya2018-ci ildə Belarus Azərbaycana 10 ədəd "Polonez" reaktiv yaylım atəş sistemləri göndərə bilər. 2018-ci ilin sonuna kimi Belarus bu sahədə olan ilk ixrac müqaviləsini icra etmək niyyətindədir. Qəzetə bu barədə Belarus Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Mənbə bildirir ki, hüquqi sənədlər final mərhələsindədir, lakin sifarişçinin hansı ölkə olduğu açıqlanmayıb.
Rusiya müdafiə sənayesi sahəsindəki mənbə bildirib ki, sifarişçinin Azərbaycan olduğu ehtimal edilir. Apa.az "Kommersant" qəzetinə istinadən xəbər verir.