Dövlət Statistika Komitəsinin inzibati binası yenidən qurulacaq

Dövlət Statistika Komitəsinin inzibati binasının yenidən qurulması və əsaslı təmiri məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması üzrə işlərin satın alınmasına dair kotirovka sorğusu elan edilib.

Komitədən verilən məlumata görə, iddiaçılar "Kotirovka sorğusunun şərtlər toplusu"nuDövlət Statistika Komitəsinin inzibati binasının yerləşdiyi Bakı şəhəri, İnşaatçılar prospekti 81 (otaq 513) ünvanından əldə edə bilərlər.

Təkliflər 2018-ci il may ayının 1-i saat 18:00-dək qəbul edilir. Təklif zərfləri 2018-ci il may ayının 2-si saat 12:00-da açılacaq. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31