Rusiyada Facebook bağlana bilər
Roskomnadzor 2018-ci ilin sonuna qədər Facebook şirkətinə dair yoxlama aparacaq. Bunu jurnalistlərə qurumun rəhbəri Aleksandr Jarov deyib. Onun sözlərinə görə, Facebook şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.
18 Aprel 2018 12:54 DünyaRoskomnadzor 2018-ci ilin sonuna qədər Facebook şirkətinə dair yoxlama aparacaq. Bunu jurnalistlərə qurumun rəhbəri Aleksandr Jarov deyib. Onun sözlərinə görə, Facebook şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.
"Rusiya vətəndaşlarının məlumat bazasının ölkə ərazisində lokallaşması və bütün qadağan olunmuş informasiyanın silinməsi barədə tələblərə əməl olunmayacağı təqdirdə çox güman ki, bloklaşdırma barədə məsələ qaldırılacaq", - deyə Jarov bildirib. Trend.az