Türkiyə ilə İran yerli valyuta ilə ticarətə başlayır
İki ölkə arasında gəlinən razılığa görə Türkiyə ilə İran öz aralarında olan idxalat və ixracat əməliyyatlarını Türk lirəsi və İran realı ilə ödəyərək aparacaqlar. Maliyyə mübadiləsində nə ABŞ dolları, nə avro, yaxud üçüncü ölkə pul vahidindən istifadə edilməyəcək.
18 Aprel 2018 12:18 Dünyaİki ölkə arasında gəlinən razılığa görə Türkiyə ilə İran öz aralarında olan idxalat və ixracat əməliyyatlarını Türk lirəsi və İran realı ilə ödəyərək aparacaqlar. Maliyyə mübadiləsində nə ABŞ dolları, nə avro, yaxud üçüncü ölkə pul vahidindən istifadə edilməyəcək. Edildiyi halda isə iki tərəfin də qarşılıqlı razılığı ilə mümkün olacaq. Beynəlxalq qanunlara görə valyuta SWAP əməliyyatı keçiriləcək. Qeyd edək ki, bu ilin yanvar ayında iki ölkənin Mərkəzi Banklarının heyətləri danışıqlar apararaq bu qərarı almışdılar. SWAP sistemi iki ölkə yaxud hüquqi şəxs arasında əvvəldə razılığa gəlinən vadəli gələn pul vahidlərinin qarşılıqlı mübadiləsini əhatə edir.
Xəbəri "Olaylar"ın Türkiyə bürosu yayıb.