BMT-nin Bakı ofisi azərbaycanlı jurnalistlər üçün təqaüd proqramı elan edir

BMT-nin İctimai İnformasiya Departamenti yaşı 22-dən 34-dək olan jurnalistlərdən Reham Al-Farra (RAF) təqaüd proqramına müraciətləri qəbul edir.

BMT-nin İctimai İnformasiya Departamenti yaşı 22-dən 34-dək olan jurnalistlərdən Reham Al-Farra (RAF) təqaüd proqramına müraciətləri qəbul edir.

Təşkilatın Bakı ofisinin İctimai İnformasiya Departamentindən "OLAYLAR"-a bildirilib ki, seçilmiş jurnalistlər bu il sentyabrın 16-dan oktyabrın 6-na kimi BMT-nin Nyu Yorkdakı (ABŞ) baş qərargahında Baş Assambleyanın fəaliyyətini işıqlandırmaq, BMT rəsmilərindən müsahibələr almaq, eləcə də xüsusi brifinqlər və seminarlara qatılmaq imkanı əldə edəcəklər. Təqaüd proqramı bütün xərcləri qarşılayır. Müraciət üçün son gün  7 tarixidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31