Muzeylərdə “Açıq qapı” günü

Aprelin 18-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə “açıq qapı” günü elan edir.

Aprelin 18-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tabeliyində fəaliyyət göstərən bütün muzeylərdə "açıq qapı" günü elan edir.

"Açıq qapı" günündə paytaxt sakinləri və şəhərimizin qonaqları İçərişəhərdə yerləşən Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Sıratağlı Dini-Memarlıq Kompleksi, Numizmatika ekspozisiyası, Tahir Salahovun ev-muzeyi, Bəylər məscidi, "Müqəddəs əmanətlər" ekspozisiyası, habelə "Qala" qoruğu ərazisində fəaliyyət göstərən Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, Əntiq əşyalar muzeyi ekspozisiyaları ilə ödənişsiz tanış olmaq imkanı əldə edəcəklər.

Qeyd edək ki, muzeylər saat 10.00-dan 19.00-dək fəaliyyət göstərəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31