“Facebook” bu ölkədə bağlana bilər

"Roskomnadzor” 2018-ci ilin sonuna qədər “Facebook” şirkətinə dair yoxlama aparacaq. Bunu jurnalistlərə qurumun rəhbəri Aleksandr Jarov deyib. Onun sözlərinə görə, “Facebook” şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.

"Roskomnadzor" 2018-ci ilin sonuna qədər "Facebook" şirkətinə dair yoxlama aparacaq. Bunu jurnalistlərə qurumun rəhbəri Aleksandr Jarov deyib.

Onun sözlərinə görə, "Facebook" şəxsi məlumatların lokallaşdırılması haqqında yerli qanuna əməl etməsə ölkə ərazisində fəaliyyətini dayandırmalı olacaq.

"Rusiya vətəndaşlarının məlumat bazasının ölkə ərazisində lokallaşması və bütün qadağan olunmuş informasiyanın silinməsi barədə tələblərə əməl olunmayacağı təqdirdə çox güman ki, bloklaşdırma barədə məsələ qaldırılacaq", - deyə Jarov bildirib.

Qeyd edək ki, ötən gün Moskva məhkəməsi "Telegram" messencer proqramının bağlanması barədə iddianı təmin edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31