Arizona ştatının qanunverici orqanında Azərbaycana dair geniş təqdimat

ABŞ-ın Arizona ştatının qanunverici orqanının tarixi binasında (Arizona State Capitol) Azərbaycanın müasir inkişafına, xüsusilə ölkəmizdə mövcud olan dinlərarası tolerantlıq, harmoniya və multikulturalizm ənənələrinə dair geniş tədbir keçirilib. Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Arizona Ştat Senatı və Nümayəndələr Palatasının üzvləri, xarici ölkələrin baş və fəxri konsulları, müxtəlif dini icmaların rəhbərləri və tanınmış din xadimləri iştirak ediblər.

ABŞ-ın Arizona ştatının qanunverici orqanının tarixi binasında (Arizona State Capitol) Azərbaycanın müasir inkişafına, xüsusilə ölkəmizdə mövcud olan dinlərarası tolerantlıq, harmoniya və multikulturalizm ənənələrinə dair geniş tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Arizona Ştat Senatı və Nümayəndələr Palatasının üzvləri, xarici ölkələrin baş və fəxri konsulları, müxtəlif dini icmaların rəhbərləri və tanınmış din xadimləri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev qonaqları salamlayaraq, Azərbaycanın tarixindən, müstəqil dövlət kimi inkişafından, eləcə də multikulturalizm və tolerantlıq ənənələrindən danışıb.
Sonra Arizona Ştatı Nümayəndələr palatasının spikeri C.D. Mesnard çıxış edərək, ötən il Azərbaycana etdiyi səfərindən xoş təəssüratlarla qayıtdığını, Azərbaycanın qısa müddətdə nail olduğu sürətli inkişafı öz gözləri ilə görməkdən məmnun olduğunu bildirib. O, ölkəmizdə mövcud olan dinlərarası tolerantlıq, harmoniya və multikulturalizm ənənələrindən olduqca təsirləndiyini, Quba rayonuna səfər edərək orada yəhudilər ilə müsəlman azərbaycanlılar arasında mövcud olan sıx dostluq münasibətlərinə heyran qaldığını diqqətə çatdırıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin ABŞ-dakı nümayəndəliyinin rəhbəri, 2009-17-ci illərdə ABŞ Prezidenti Administrasiyasında yüksək vəzifə tutmuş Canna Skot çıxışında bu tarixi məkanda belə bir mühüm tədbirin keçirilməsindən çox məmnun olduğunu vurğulayıb.

Daha sonra Arizona Ştat Senatı sədrinin müavini Con Kavana çıxış edərək, ABŞ və Azərbaycanın həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq etdiyini, Azərbaycanın ABŞ üçün regionda önəmli müttəfiq olduğunu vurğulayıb.

Çıxışlardan sonra Azərbaycanın multikulturalizm ənənələrindən bəhs edən qısa film nümayiş etdirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31