Münsiflər heyətinin tərkibi açıqlandı -  Üçüncü Buktreyler Festivalında

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən “Kitabı tanıdın, kitabla tanının” sloqanlı III Buktreyler Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb. Münsiflər heyətinə Xalq Yazıçısı Çingiz Abdullayev, Xalq Artisti Oqtay Mirqasımov, Əməkdar Mədəniyyət İşçisi Yusif Şeyxov, Əməkdar artistlər Mehriban Zəki, Murad Dadaşov daxildir. Artıq münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayacaq. Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndiriləcək. Sonda isə Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.

Mədəniyyət və Turizm Nazirliyinin təşkilati dəstəyi, Beynəlxalq Muğam Mərkəzinin tərəfdaşlığı ilə keçirilən "Kitabı tanıdın, kitabla tanının" sloqanlı III Buktreyler Festivalının münsiflər heyətinin tərkibi açıqlanıb.

Münsiflər heyətinə Xalq Yazıçısı Çingiz Abdullayev, Xalq Artisti Oqtay Mirqasımov, Əməkdar Mədəniyyət İşçisi Yusif Şeyxov, Əməkdar artistlər Mehriban Zəki, Murad Dadaşov daxildir. Artıq münsiflər heyəti buktreylerlərin qiymətləndirilməsinə başlayacaq. Festivalın obyektiv keçirilməsi məqsədilə buktreylerlər hər bir münsif üzvü tərəfindən ayrılıqda qiymətləndiriləcək. Sonda isə Təşkilat Komitəsi hər bir münsifin verdiyi qiyməti toplayaraq qalibləri müəyyənləşdirəcək.

Festivalın məqsədi kitab və mütaliənin cəmiyyətimizdə təbliği, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması, buktreylerlərin incəsənət və biznesdə bir istiqamət kimi inkişafıdır.

Layihənin müəllifi və rəhbəri kinoaktyor, prodüser Ruslan Sabirlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31