Səfirliklə Ramsfeld Fondunun birgə tədbiri
Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində nüfuzlu Donald Ramsfeld Fondunun (Rumsfeld Foundation) Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustan ölkələri əhatə edən proqramı çərçivəsində sözügüdən dövlətlərin nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub. Səfirlikdən Olaylar.az -a bildirilib ki, tədbirdə diplomatik korpusun, eləcə də ABŞ Administrasiya rəsmiləri, Vaşinqtonun analitik mərkəzlərinin nümayəndələri, Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr ofisinin direktoru Alisia Allison, ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi və digərləri iştirak etmişdir.
18 Aprel 2018 09:22 Xarici siyasətAzərbaycan Respublikasının ABŞ-dakı Səfirliyində nüfuzlu Donald Ramsfeld Fondunun (Rumsfeld Foundation) Mərkəzi Asiya, Cənubi Qafqaz, Əfqanıstan və Monqolustan ölkələri əhatə edən proqramı çərçivəsində sözügüdən dövlətlərin nümayəndələrinin iştirakı ilə tədbir təşkil olunub.
Səfirlikdən Olaylar.az -a bildirilib ki, tədbirdə diplomatik korpusun, eləcə də ABŞ Administrasiya rəsmiləri, Vaşinqtonun analitik mərkəzlərinin nümayəndələri, Dövlət Departamentinin Qafqaz və Regional Münaqişələr ofisinin direktoru Alisia Allison, ATƏT-in Minsk qrupunun Amerikalı həmsədri Endryu Şofer, ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta, Ramsfeld Fondunun icraçı direktoru Sara Tonuçi və digərləri iştirak etmişdir.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qonaqları salamlayaraq öz çıxışında Ramsfeld Fondunun proqramında iştirak edən nümayəndələrin səfirliyə gəlişinin ənənəyə çevrildiyini müsbət məqam kimi qeyd etmişdir. Səfir Azərbaycanın ümummilli lideri Heydər Əliyevin region çərçivəsində əməkdaşlığa xüsusi əhəmiyyət verdiyini bildirdi və Azərbaycanın indiki siyasətinin irimiqyaslı layihələr həyata keçirməklə həm özünün, həm də qonşu ölkələrin rifahına töhfə verməkdən ibarət olduğunu diqqətə çatdırdı. Eyni zamanda ölkəmizin təşəbbüsü ilə Azərbaycan, Gürcüstan, Mərkəzi Asiya, Xəzər dənizi və Qara dəniz regionlarını birləşdirən nəhəng neft-qaz və nəqliyyat layihələrinin regiondaxili əməkdaşlıq və bu ölkələrin rifahının və müstəqilliyinin gücləndirilməsi baxımından vacib olduğu vurğulandı.
Azərbaycanın 100 il bundan öncə müsəlman dünyasında ilk demokratik respublikası yaratması təcrübəsi bütün region üçün faydalı təcrübə olduğunu qeyd edən səfir xalqlarımızın bir-birimizin təcrübəsindən öyrənilməsini vacib olduğunu və bu xüsusda, Ramsfeld Fondunun bu ilki regional konfransın məhz Bakıda keçirilməsi əhəmiyyətli olduğunu vurğulamışdır.
Öz növbəsində ABŞ-ın Azərbaycandakı səfiri R. Sekuta öz çıxışında qeyd etdi ki, bu yaxınlarda Azərbaycanda prezident seçkilərinin keçirilməsini və cənab İlham Əliyevin Azərbaycan Republikasının yenidən prezident seçilməsinin sabitlik və inkişaf üçün müsbət bir haldır və ölkəmizlə tərəfdaşlığı irəli aparmaq və əməkdaşlıq üçün yeni imkanların yaradır. Səfir Sekuta bu il Azərbaycan Demokratik Respublikasının 100 illiyinin qeyd olunduğunu və Azərbaycanla ABŞ arasında münasibətlərin keçmiş 26 ili ərzində bir çox işlər görüldüyünü demiş və prezident seçkilərindən sonra yaranmış imkanlardan istifadə edərək əməkdaşlığın yeni mərhələyə çatdırılması və daha da genişləndirilməsinə ümidini bildirmişdir.
Ramsfeld Fondunun proqramı iştirakçıları adından çıxış edən Azərbaycan nümayəndəsi Sərxan Həşimov Ramsfeld Fonduna və Azərbaycan Səfirliyinə minnətdarlığını bildirərək, regional əməkdaşlığın olduqca vacib olduğunu və Azərbaycanın reginonun lideri olaraq dost və tərəfdaş xalqları ilə birlikdə gələcəyə ümidlə baxmasını qeyd etmişdir.